Gündəm

Əri öləndən sonra ilk dəfə toya getdi

1 Aprel 2019 10:11

Əməkdar artist Gülbahar Şükürlü həyat yoldaşı dünyasını dəyişdikdən sonra toylara getməyə ara vermişdi. Qarmon ifaçısı artıq toy məclislərinə getməyə başlayıb. O, toydan şəkillərini də sosial şəbəkədə izləyiciləri ilə bölüşüb.

"Frankofoniya həftələri  layihəsi " nin təntənəli açılışı

1 Aprel 2019 10:07

Beynəlxalq Muğam Mərkəzində İsveçrə Səfirliyi "Frankofoniya həftələri" layihəsi çərçivəsində  “Ah gözəl yay! Əbədi nəğmələr” adlı  konsertdə gitara ifaçısı və müğənni Mark Aymon və onu barabanda müşayiət edən Efraim Salzman  konsert proqramı ilə çıxış ediblər.  Olaylar.az bildirir ki, konsertdə Fransanın ölkəmizdəki səfiri Oreliya Buşez  "Frankofoniya həftələri"nin keçirilməsinin bakılıları və paytaxtın qonaqlarını fransızdilli ölkələrin tarixi, mədəniyyəti, məişəti, mətbəxi ilə bilavasitə tanış etmək məqsədi daşıdığını diqqətə çatdırıb. Səfir qeyd edib ki, bu layihə çərçivəsində aprelin 15-dək maraqlı konsert, sərgi, kino nümayişi və s. keçiriləcək. 

Beren Saat yenidən xəstəxanalıq oldu

1 Aprel 2019 10:01

Türkiyəli aktrisa Beren Saat ikinci dəfə xəstəxanalıq olub. "Atiye" serialının çəkilişlərində ssenariyə görə, tabutun içinə girməli olan sənətçinin qəfil halı pisləşib.

Bakıda Macar dili və mədəniyyəti mərkəzi açılıb

1 Aprel 2019 09:58

Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və ADU-nun rektoru Kamal Abdulla razılaşma sənədi imzalayıblar. Olaylar.az bildirir ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana səfəri çərçivəsində Azərbaycan Dillər Universitetində (ADU) olub. ADU-nun rektoru akademik Kamal Abdulla nazir Peter Siyartonu universitetdə görməkdən şad olduğunu deyib. Rektor nazirin Azərbaycana səfərinin iki xalq arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafı üçün faydalı olduğunu söyləyib. 

Ukraynada prezident seçkiləri: ikinci turda Zelenski və... - YENİLƏNİR

1 Aprel 2019 09:56

Ukraynada keçirilmiş prezident seçkilərində protokolların 40,21 faizinin hesablanmasına əsasən Vladimir Zelenski öndədir. Ukrayna Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, o, səslərin 30,23 faizini toplayıb. Sonrakı yerlərdə aşağıdakı namizədlər qərarlaşıb:

Qızların çılpaq videosunu yayan biznesmenin başına görün nə oyun açdılar - ŞOK FOTOLAR

1 Aprel 2019 09:54

Dünən sosial şəbəkələrdə lüt qızlarla videosu yayılan Əliyev Səddam Qüdrət oğlu ilə bağlı yeni məlumat yayılıb. Sosial şəbəkələrdə qeyd olunur ki, S.Əliyevin döyülərək ağır xəsarət alıb. Bununla bağlı görüntülər də yayılıb.

Əflatun Amaşovdan əxlaqsız video ilə bağlı SƏRT BƏYANAT

1 Aprel 2019 09:54

Bu gün sosial şəbəkələrdə yayılmış əxlaqsız video-görüntünün geniş müzakirə predmetinə çevrilməsi diqqətimizdən yayınmadı. Əlbəttə, cəmiyyətin ahənginə, dəyərlərinə, mövcud yaşam tərzinə zidd hərəkət və davranışlara münasibətdə ictimai qınağın olması təbiidir. Ancaq düşünürük ki, media məhz məlum durumla bağlı qınağın formalaşmasında aktiv rol oynamamalıdır. Təəssüf ki, buna məhəl qoymayan bəzi internet informasiya vasitələrimiz oldu. Onlar ucuz sensasiya dalınca qaçmağa üstünlük verdilər.

“Balkon çıxışı”nda DUYĞULU ANLAR: Ərdoğan məşhur mahnını ifa etdi - VİDEO

1 Aprel 2019 09:52

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bələdiyyə seçkilərindən sonra Ankarada Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahından ənənəvi "balkon çıxışı" etdi.

Çox variantlarım olmadı - Teymur Rəcəbov

1 Aprel 2019 09:51

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2019" superturnirində I tura yekun vurulub. İlk turun mərkəzi görüşündə Azərbaycan şahmatçısı Teymur Rəcəbov ağ fiqurlarla hazırkı dünya çempionu Maqnus Karlsenlə heç-heçə oynayıb.

Təyyarə qəzası: rus şirkət rəhbəri öldü

1 Aprel 2019 09:49

Rusiyanın S7 hava yolu şirkətinin rəhbərlərindən olan Nataliya Filevanın da içində olduğu təyyarə Almaniyada qəzaya uğrayıb. Bu barədə S7-nin mətbuatla əlaqələr şöbəsi məlumat yayıb.