Gündəm
Görkəmli bəstəkar Soltan Hacıbəyovun 100 illiyi qeyd olunacaq
Prezident İlham Əliyev aprelin 1-də görkəmli Azərbaycan bəstəkarı, tanınmış pedaqoq, dirijor və musiqi xadimi, SSRİ Xalq artisti, Dövlət mükafatları laureatı, professor Soltan Hacıbəyovun anadan olmasının 100 illiyinin keçirilməsi haqqında Sərəncam imzalayıb.
MSK Timoşenkonu ikinci turdan məhrum etdi
Ukraynada prezidentinin seçkilərinin ikinci turuna “Xalqın xidmətçisi” Partiyasının başçısı Vladimir Zelenski və hazırkı prezident Pyotr Poroşenko keçirlər. Bu haqda ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) bildirib.
“31 Mart-Tariximizin Faciəli Səhifəsi” adlı elmi məqalələr toplusu təqdim edildi
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin “31 Mart-Tariximizin Faciəli Səhifəsi” adlı elmi məqalələr toplusu “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. İki fəsildən ibarət 504 səhifəlik kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova -Tohidi, işçi qrupu isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, Elmi-Mədəni Mərkəzin direktoru Cavid Kazımov, Filologiya üzrə fəlsəfə doktoru, Tədqiqatlar şöbəsinin müdiri İradə Musayeva və Tədqiqatlar şöbəsinin tarix üzrə elmi işçisi Nərmin Alıyevadır.
Azərbaycanlı rejissor vəfat etdi
Tanınmış rejissor və ssenarist Rövşən Almuradlı vəfat edib. R.Almuradlı qəfil dünyasını dəyişib. Onun xəstəlikdən əziyyət çəkdiyi bildirilir. Qeyd edək ki, bu ayın 19-da R.Almuradlının 65 yaşı tamam olacaqdı.
Nazirlik müsabiqə elan edir
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2019-cu il üçün Mədəniyyət Nazirliyi sərbəst mövzu üzrə müsabiqə elan edir.
Vüqar Rəhimzadə: Bu səfər Azərbaycan-Avstriya münasibətlərin gələcək inkişafı baxımından xüsusi önəm kəsb edir
“Bu gün sürətlə Avropaya inteqrasiya edən Azərbaycan qitə dövlətləri ilə qarşılıqlı faydalı münasibətlər qurur. Müxtəlif sahələri əhatə edən bu münasibətlər qarşılıqlı səfərlər, keçirilən görüşlər, imzalanan sənədlərlə daha da möhkəmlənir və genişlənir. Bu mənada Azərbaycan Prezidenti cənab İlham Əliyevin bu günlərdə Avstriyaya işgüzar səfərini yüksək qiymətləndirmək lazımdır. Səfər zamanı möhtərəm Prezidentimiz Avstriya Federal Kansleri, Avstriya Prezidenti və vitse-kansleri ilə görüşlər keçirib, 2 ölkənin təşəbbüsü ilə Birgə Əməkdaşlıq Şurası adlı yeni əməkdaşlıq formatı yaradılıb. Hesab edirəm ki, bu səfər Azərbaycan-Avstriya münasibətlərin gələcək inkişafı baxımından xüsusi önəm kəsb edir”. Bu fikirləri Olaylar.az -a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Pəncərəmizdəki “qardan adam”
"Beləcə, uşaqların artıq bir qardan adam dostları olub. Qış boyu günəş çıxana qədər deyib-gülüb əyləniblər. Qar dənəsinin də əhvalı yerindəymiş. Lakin, günəş çıxıb, qar əriyəndə o da köhnə halına qayıdıb. Buna baxmayaraq, gələn qışa qədər ümidlə gözləməyə davam edib..."
Geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır
AMEA-nın Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası aprelin 1-nə olan kosmik hava durumunu açıqlayıb. Olaylar.az bikldirir ki, Günəş fəallığı çox aşağı səviyyədə olub. Günəş diskində 2737 (N12E43, Bxo/beta) şəklində nömrələnmiş oblast meydana gəlsə də, fəal deyil. Əldə olunan görüntülərdə Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) müşahidə edilməyib.
Səfirlikdə "Ərəb musiqi mədəniyyəti" günü
Misir Ərəb Respublikasının Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində “Ərəb musiqi mədəniyyəti” günü keçirildi. Olaylar.az bildirir ki, Misir Ərəb Respublikasının Azərbaycandakı Fövqəladə və Səlahiyyətli səfiri cənab Adel İbrahim çıxış edərək bildirdi: “Musiqi mədəniyyətin böyük bir sahəsidir. Musiqi insanın, onun şəxsiyyətinin və fikrinin formalaşmasında böyük rol oynayır. Ərəb Dövlətləri Liqası və Misir Mədəniyyət və Xarici İşlər Nazirliyinin təşəbbüsü ilə ilk dəfə həyata keçirilən bu tədbir mədəniyyət sahəsinin inkişafı, ölkələrimiz arasında mədəni əlaqələrin genişləndirilməsi, Misir və ərəb musiqisinin daha yaxından tanınması üçün atılmış bir addımdır.”
İçərişəhərdə Paris fotosərgisi
Aprelin 14-də İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında Maya Bağırovanın “Paris” adlı fotosərgisi açılacaq.
Səadət Şıxıyeva mühazirə deyəcək - Xalça Muzeyində
Aprelin 6-da Azərbaycan Xalça Muzeyində Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyeva mühazirə deyəcək.
Nəsrin Cavadzadə Azərbaycanda
Türkiyədə yaşayan həmyerlimiz Nəsrin Cavadzadə Azərbaycanda filmə çəkilir. Türkiyədə yaşayan azərbaycanlı aktrisa Nəsrin Cavadzadə bir neçə gün əvvəl Azərbaycanda olub. Yevlaxa gedən film ulduzu "ARB ARAN" kanalında qonaq olub. Aktrisa "ARB ARAN" telekanalının yazıçı İsmayıl Şıxlının 100 illiyinə həsr etdiyi filmin çəkilişlərində iştirak edib.
Cəlil Məmmədquluzadənin 150 illiyi ilə bağlı tədbirlər planı
Görkəmli yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadə (1869-1932) Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynayıb, ayrıca ədəbi məktəb formalaşdırıb. Bu il demokrat ədibin anadan olmasının 150 illiyi tamam olur. Prezident İlham Əliyev yazıçının yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamın icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyinin əmri ilə tədbirlər planı təsdiq olunub.
Çəkiliş meydanında DAVA
ATV-də yayımlanan "Buğlama"nın çəkilişində dava düşüb. Bu haqda aktyor Nicat Rəhimov "Gündən-günə" verilişində qonaq olarkən deyib. O bildirib ki, mübahisə çəkiliş zamanı məkana toplaşan tamaşaçılardan biri ilə olub:
İtaliyada elektrik enerjisi və qazın qiyməti aşağı düşəcək
İtaliyada bu ilin aprelin əvvəlindən elektrik enerjisinin qiyməti 8,5 faiz, qazın qiyməti isə 9,9 faiz aşağı düşəcək. Bu barədə ölkənin energetika idarəsi məlumat yayıb.














