Nazirlik müsabiqə elan edir

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası”nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2019-cu il üçün Mədəniyyət Nazirliyi sərbəst mövzu üzrə müsabiqə elan edir.

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 26 avqust 2014-cü il tarixli 292 nömrəli Qərarı ilə təsdiq edilmiş "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nın 2-ci bəndinə uyğun olaraq, mədəniyyət sahəsində qeyri-hökumət təşkilatlarının fəaliyyətinin dəstəklənməsi məqsədi ilə 2019-cu il üçün Mədəniyyət Nazirliyi sərbəst mövzu üzrə müsabiqə elan edir.

Olaylar.az bildirir ki, "Qeyri-hökumət təşkilatları tərəfindən mədəniyyət sahəsində keçirilən tədbirlərin dövlət maliyyələşdirilməsi Qaydası"nın 2.2-ci bəndinə uyğun olaraq, müsabiqədə iştirak etmək istəyən QHT-lər 2019-cu ilin may ayının 01-dək ərizələrini müsabiqənin şərtlərinə  uyğun aşağıdakı sənədlərlə birlikdə Nazirliyə təqdim etməlidir.

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Müsabiqə Komissiyasının sədrinə məktub;

QHT-nin dövlət qeydiyyatına alınması barədə hüquqi şəxslərin dövlət reyestrindən çıxarışın surəti;

Tədbirin keçirilməsi nəzərdə tutulan mədəniyyət sahəsində mövcud vəziyyətin təhlili;

Tədbirlə bağlı qarşıya qoyulan vəzifələrin əhatə olunması və gözlənilən nəticələr barədə qısa məlumatlar;

Tədbirin keçiriləcəyi yer və tarix;

Tədbirin keçirilməsi ilə bağlı xərclər smetası (müvafiq hesablamalar və əsaslandırıcı sənədlərlə birlikdə);

Tədbirin təşkilatçıları və iştirakçıları ilə bağlı məlumatlar.

Ünvan:

AZ 1000, Bakı şəhəri, Hökumət Evi, Ü.Hacıbəyov küçəsi 40.

Tel: (012) 498-79-53

(012) 498-20-62

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi

Əlaqələndirici şəxslər:

Elnarə Quliyeva

Email: [email protected]

Tel: (012) 498-79-53

(012) 498-20-62

Müsabiqədə iştirak etmək üçün təqdim olunacaq sənədlərin anket formasını aşağıdakı linklərdən əldə edə bilərsiniz:

Müşaiyət məktubu

Tədbirin yazılış forması

Büdcənin tərtibinə dair təlimat

Tədbir haqqında qısa məlumat

Anket forması

Təbdir mövzuları

Digər şərtlər

Əlavə anket

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31