İtaliyada elektrik enerjisi və qazın qiyməti aşağı düşəcək
İtaliyada bu ilin aprelin əvvəlindən elektrik enerjisinin qiyməti 8,5 faiz, qazın qiyməti isə 9,9 faiz aşağı düşəcək. Bu barədə ölkənin energetika idarəsi məlumat yayıb.
1 Aprel 2019 10:17 Dünyaİtaliyada bu ilin aprelin əvvəlindən elektrik enerjisinin qiyməti 8,5 faiz, qazın qiyməti isə 9,9 faiz aşağı düşəcək.
Bu barədə ölkənin energetika idarəsi məlumat yayıb.
Məlumatda bildirilir ki, qiymətlər ötən illə müqayisədə bu ilin ilk rübü ərzində enməyə başlayıb.
Qiymətlərin aşağı düşməsinə səbəb topdansatış enerji bazarlarında xammal qiymətlərinin azalmasıdır.
AZƏRTAC
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31