MSK Timoşenkonu ikinci turdan məhrum etdi

Ukraynada prezidentinin seçkilərinin ikinci turuna “Xalqın xidmətçisi” Partiyasının başçısı Vladimir Zelenski və hazırkı prezident Pyotr Poroşenko keçirlər. Bu haqda ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) bildirib.

Ukraynada prezidentinin seçkilərinin ikinci turuna "Xalqın xidmətçisi" Partiyasının başçısı Vladimir Zelenski və hazırkı prezident Pyotr Poroşenko keçirlər.

Bu haqda ölkənin Mərkəzi Seçki Komissiyası (MSK) bildirib.

Seçki protokolarının 97,48 faizinin sayılmasından sonra adıçəkilən namizədlərin ikinci tura çıxması dəqiqləşib. Zelenski və Poroşenko müvafiq olaraq, 30,24 və 15,93 faiz səs toplayıblar. Keçmiş baş nazir Yuliya Timoşenko isə 13,39 faiz səs yığa bilib.

Ukraynada prezident seçkilərinin birinci turu martın 31-də keçirilib. Seçkilərin ikinci turunun aprelin 21-də keçirilməsi planlaşdırılıb. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31