İçərişəhərdə Paris fotosərgisi
Aprelin 14-də İçərişəhərdə yerləşən “Art Tover” rəsm qalereyasında Maya Bağırovanın “Paris” adlı fotosərgisi açılacaq.
1 Aprel 2019 11:18 MədəniyyətAprelin 14-də İçərişəhərdə yerləşən "Art Tover" rəsm qalereyasında Maya Bağırovanın "Paris" adlı fotosərgisi açılacaq.
Olaylar.az bildirir ki, Frankofoniya həftələri çərçivəsində reallaşacaq sərgi Fransanın ölkəmizdə səfirliyinin təşkilatçılığı ilə keçiriləcək.
Qonalar sərgidə nümayiş ediləcək fotoşəkillərlə Parisi canlı şəkildə kəşf edə biləcəklər. Bir gün davam edəcək sərgi ilə hər kəs tanış ola bilər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31