“31 Mart-Tariximizin Faciəli Səhifəsi” adlı elmi məqalələr toplusu təqdim edildi

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin  “31 Mart-Tariximizin Faciəli Səhifəsi” adlı  elmi məqalələr toplusu “Elm və təhsil” nəşriyyatında işıq üzü görüb. İki fəsildən ibarət 504 səhifəlik kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova -Tohidi, işçi qrupu isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, Elmi-Mədəni Mərkəzin direktoru Cavid Kazımov, Filologiya üzrə fəlsəfə doktoru, Tədqiqatlar şöbəsinin müdiri İradə Musayeva və Tədqiqatlar şöbəsinin tarix üzrə elmi işçisi Nərmin Alıyevadır.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin  "31 Mart-Tariximizin Faciəli Səhifəsi" adlı  elmi məqalələr toplusu "Elm və təhsil" nəşriyyatında işıq üzü görüb. İki fəsildən ibarət 504 səhifəlik kitabın elmi redaktoru tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova -Tohidi, işçi qrupu isə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, Elmi-Mədəni Mərkəzin direktoru Cavid Kazımov, Filologiya üzrə fəlsəfə doktoru, Tədqiqatlar şöbəsinin müdiri İradə Musayeva və Tədqiqatlar şöbəsinin tarix üzrə elmi işçisi Nərmin Alıyevadır.

Olaylar.az bildirir ki, kitabda 40-dan çox müəllifin araşdırması yer alıb. Respublıikamızın tanınmış mütəxəssislərinin, eləcə də Rusiya və Türkiyə universitetlərində çalışan  görkəmli alimlərin 31 mart 1918-ci il tarixli faciə ilə bağlı tədqiqatları, eləcə də hadisəyə  isti-isti münasibət bildirən o zamankı ictimai-siyasi xadimlərin, ziyalıların  1918-1919-cu illərdəki dövri mətbuatda işıqlandırılan bir çox yazıları çap edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31