Gündəm
Raquf Orucov haqqında roman çap olundu - FOTO
Əfsanəvi kəşfiyyatçı, Aprel şəhidi, polkovnik-leytenant Raquf Orucova həsr olunmuş “Komandir” romanı işıq üzü görüb. Aprel döyüşlərinin üçüncü ildönümü münasibəti ilə “CBC” nəşriyyatında çap olunan kitabın müəllifi Şərif Ağayardır.
Mədəniyyət Mərkəzində “Doğma diyar” adlı konsert
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin təşkilatçılığı ilə Nardaran qəsəbə Mədəniyyət Mərkəzində sevilən müğənni Cəvahir Abdulovanın “Doğma diyar” adlı konserti təqdim edilib. Olaylar.az bildirir ki, konsert zamanı Cəvahir Abdulovanın rəngarəng musiqi nömrələri ilə çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
“12-ci gecə, yaxud hər nə istəsəniz” növbəti dəfə nümayiş olunacaq
Aprelin 4-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında yeni tamaşalardan olan Uilyam Şekspirin “12-ci gecə, yaxud hər nə istəsəniz” əsəri əsasında hazırlanan eyniadlı tamaşa növbəti dəfə nümayiş ediləcək. Olaylar.az bildirir ki, tamaşanın quruluşçu rejissoru, rəssamı və musiqi tərtibatçısı Xalq artisti Azər Paşa Nemətov, rejissoru Anar Sadıqov, rejissor assistenti Ceyran Həsənli, vokal üzrə repetitoru Zeynəb Safina, video vizualizasiya rəssamları Fərid Əhmədov və Azər Süleymanovdur.
Opera və Balet Teatrının aprel repertuarı açıqlanıb
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının yaradıcı kollektivi bu ay tamaşaçıların görüşünə maraqlı səhnə əsərləri ilə gələcək. Olaylar.az sənət ocağının aprel ayı üçün nəzərdə tutduğu repertuarını təqdim edir: 3 aprel – “Paxita” (balet), “Şopeniana”
Azərbaycan kitabı Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan ilk dəfə olaraq bu il 1-4 aprel tarixində İtaliyanın Bolonya şəhərində keçirilən, 55 illik tarixə və beynəlxalq nüfuza malik Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur. Olaylar.az bildirir ki, Bolonya sərgisində 80 ölkədən uşaq ədəbiyyatı sahəsi üzrə naşirlər, kitab evləri, kitab yayıcıları, yazarlar və digər müvafiq qurumlardan ibarət 1400-ə yaxın iştirakçı qatılmışdır, ümumilikdə sərgiyə 28 000 nəfərdən artıq ziyarətçi axını gözlənilir.
ABŞ-dan Türkiyəyə seçkisonrası sürpriz: F-35 qırıcıları... - Röyter
ABŞ Türkiyənin də proqram ortağı olduğu F-35 döyüş təyyarələri üçün lazım olan materialları bu ölkəyə göndərməyi dayandırıb. Bu barədə Pentaqondan bildiriblər.
Azərbaycanlılar ilə gürcülər arasında kütləvi dava
Gürcüstanın Tsalka rayonunun Bareti kəndində azərbaycanlılar və gürcülər arasında kütləvi dava baş verib. Bu barədə “Rustavi 2” kanalı məlumat yayıb. Məlumata əsasən, azərbaycanlı və yerli svanlardan ibarət iki qrup gənc arasında baş vermiş qarşıdurma nəticəsində 2 nəfər xəsarət alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Ağstafa rayonunda
“Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Ağstafa rayonuna olub. Respublikamızın 16 regional mədəniyyət idarəsini əhatə edən rayon və şəhərlərin iştirakı ilə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı Ağstafa rayonu Heydər Əliyev adına parkda Gənclər Mərkəzinin qarşısında baş tutub.
İsgəndər Həmidov Tural Abbaslını VURMAQ İSTƏDİ - ŞOK GÖRÜNTÜLƏR/VİDEO
Aprelin 1-də Azərbaycan Xalq Hərəkatının növbəti iclası olub. Musavat.com xəbər verir ki, toplantı xeyli gərgin atmosferdə keçib. İclasda qarşıdurmalar yaşanıb. Sabiq daxili işlər naziri İsgəndər Həmidov Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahının hərəkatın idarə heyəti üzvlüyündən çıxarılması məsələsini qoyub. AXH-nin dönəm sədri, AĞ Partiya başqanı Tural Abbaslı, VİP sədri Əli Əliyev və keçmiş hərəkatçı Bəxtiyar Tuncay N.Pənahlının çıxarılmasının əleyhinə, digər üzvlər lehinə olublar. Səsvermə nəticəsində N.Pənahlı AXH-dən uzaqlaşdırılıb.
Ramiz Mirişli yaradıcılığı “Yaradanlar və yaşadanlar” layihəsində
Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert bəstəkar, əməkdar incəsənət xadimi, Xalq artisti Ramiz Mirişlinin yaradıcılığına həsr olunmuşdu. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş bədii qiraət müsabiqəsi keçiriləcək
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 11 yanvar tarixli Sərəncamına əsasən, 2019-cu ilin “Nəsimi ili” elan edilməsi ilə bağlı Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində tədbirlər planı hazırlanıb. Tədbirlər planına uyğun olaraq, 2-17 aprel tarixlərində ADMİU-da Azərbaycan bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsimiyə ithaf olunan “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsi keçiriləcək.
Yaqub Mahmudov: “Dünya ermənilərin yalanını çox asan eşidir və ona inanır”
“İrəvan rəsmiləri bu gün xaricdən gələn qonaqlara yaşı 200 ildən yuxarı bircə dənə də olsun ermənilərə məxsus tarixi abidə göstərə bilmirlər”. Bunu Olaylar.az -a açıqlamasında AMEA-nın Tarix İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Yaqub Mahmudov deyib.
“ASAN Akademiya 2019” layihəsinə start verilir
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və “Gilan Holding”in maliyyə dəstəyi ilə “ASAN Akademiya 2019” layihəsi həyata keçiriləcək. 20 aprel- 20 iyun tarixlərini əhatə edəcək layihənin məqsədi müxtəlif ixtisaslar üzrə təhsil alan, fərdi inkişafa dəyər kimi baxan gəncləri bir araya toplamaq, onları təcrübi biliklərə yiyələndirməkdir. Həmçinin onların karyeralarında irəliləmələri üçün təkan verməklə intellektual potensiallarını düzgün dəyərləndirmək prioritetdir.
"Gündəmdə başqa dəyərlər görmək istəyirəm" - Xanbabayeva gileyləndi
Xalq artisti Zülfiyyə Xanbabayeva son günlər gündəmdən düşməyən məsələlərə münasibət bildirib. Müğənni hazırda yayılan videolardan, xəbərlərdən gileylənib: "Gündəmə baxıram... Başqa dəyərləri görmək istəyirəm. Tanrının bizə bəxş etdiyi bu gözəl həyatın dəyərini bilənləri görmək istəyirəm.
“Google” daha bir xidmətinin işini dayandırıb
“Google” korporasiyası “URL Shortener” xidmətinin fəaliyyətini rəsmən dayandırıb. Bu xidmət qısa linklər yaratmağa və bundan başqa həmin linklər üzrə keçidlərin sayını hesablamağa imkan verirdi. “Google URL Shortener” xidməti 2009-cu ildə istifadəyə verilmişdi. 2018-ci ildə xidmət yeni istifadəçilər üçün əlçatmaz idi, indi isə fəaliyyəti dayandırılıb.














