Azərbaycan kitabı Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan ilk dəfə olaraq bu il 1-4 aprel tarixində İtaliyanın Bolonya şəhərində keçirilən, 55 illik tarixə və beynəlxalq nüfuza malik Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur. Olaylar.az bildirir ki, Bolonya sərgisində 80 ölkədən uşaq ədəbiyyatı sahəsi üzrə naşirlər, kitab evləri, kitab yayıcıları, yazarlar və digər müvafiq qurumlardan ibarət 1400-ə yaxın iştirakçı qatılmışdır, ümumilikdə sərgiyə 28 000 nəfərdən artıq ziyarətçi axını gözlənilir.

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan ilk dəfə olaraq bu il 1-4 aprel tarixində İtaliyanın Bolonya şəhərində keçirilən, 55 illik tarixə və beynəlxalq nüfuza malik Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur.

Olaylar.az bildirir ki, Bolonya sərgisində 80 ölkədən uşaq ədəbiyyatı sahəsi üzrə naşirlər, kitab evləri, kitab yayıcıları, yazarlar və digər müvafiq qurumlardan ibarət 1400-ə yaxın iştirakçı qatılmışdır, ümumilikdə sərgiyə 28 000 nəfərdən artıq ziyarətçi axını gözlənilir.

Yerli nəşriyyatlarımız - "Şərq-Qərb", "Qələm", "Altun kitab" və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının da iştirak etdiyi sərgi zamanı xüsusi dizaynda hazırlanmış Azərbaycan stendində 4 gün boyunca Azərbaycan mədəniyyəti, kitab sənəti, xüsusi ilə Azərbaycan uşaq ədəbiyyatının tanıdılması, nümayişi və kitab təqdimatlarının təşkili, nəşriyyat və poliqrafiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması nəzərdə tutulur.

Sərgi çərçivəsində milli stenddə "Azərbaycan Kitabının Dünyaya Tanıdılması" (AKDT) layihəsinin təqdimatı keçirilir və sərgi ziyarətçilərinə layihə haqqında geniş məlumat verilir. Layihə Azərbaycan ədəbiyyatı nümunələrinin müxtəlif dillərə çevirilməsi, çap olunması və xarici oxuculara təqdim olunmasını özündə ehtiva edir.  

Sərgidə iştirak edən müxtəlif ölkələrin nəşriyyatlarını təmsil edən nümayəndələrinə Bakı şəhərində iki ildən bir beynəlxalq nüfuza malik Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası haqında məlumat verilir və onlar sərgidə iştiraka dəvət edilir. Qeyd edirik ki, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 2019-cu ilin 27-29 sentyabr tarixində keçiriləcəkdir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31