“ASAN Akademiya 2019” layihəsinə start verilir
“ASAN Könüllüləri” Təşkilatının təşkilatçılığı və “Gilan Holding”in maliyyə dəstəyi ilə “ASAN Akademiya 2019” layihəsi həyata keçiriləcək. 20 aprel- 20 iyun tarixlərini əhatə edəcək layihənin məqsədi müxtəlif ixtisaslar üzrə təhsil alan, fərdi inkişafa dəyər kimi baxan gəncləri bir araya toplamaq, onları təcrübi biliklərə yiyələndirməkdir. Həmçinin onların karyeralarında irəliləmələri üçün təkan verməklə intellektual potensiallarını düzgün dəyərləndirmək prioritetdir.
2 Aprel 2019 10:14 Sosial"ASAN Könüllüləri" Təşkilatının təşkilatçılığı və "Gilan Holding"in maliyyə dəstəyi ilə "ASAN Akademiya 2019" layihəsi həyata keçiriləcək.
20 aprel- 20 iyun tarixlərini əhatə edəcək layihənin məqsədi müxtəlif ixtisaslar üzrə təhsil alan, fərdi inkişafa dəyər kimi baxan gəncləri bir araya toplamaq, onları təcrübi biliklərə yiyələndirməkdir. Həmçinin onların karyeralarında irəliləmələri üçün təkan verməklə intellektual potensiallarını düzgün dəyərləndirmək prioritetdir.
Layihə müddətində iştirakçılar üçün peşəkarlar tərəfindən liderlik, psixologiya, ictimai idarəetmə, innovasiya, maliyyə, hüquq modulları üzrə xüsusi proqram tədris olunacaq.
İştirakçıların təcrübi biliklərə yiyələnməsi, proqramın real tətbiqi məqsədilə tədris prosesindən əlavə müxtəlif xüsusi məkanlara ekskursiyaların təşkili nəzərdə tutulur.
Layihədə qeydiyyatdan keçmiş və müsahibə əsasında uğurlu hesab edilən şəxslər iştirak edəcəklər. Layihədə iştirak üçün qeydiyyat linki: https://bit.ly/2TKUUYs