Ramiz Mirişli yaradıcılığı “Yaradanlar və yaşadanlar”  layihəsində

Beynəlxalq Muğam Mərkəzində “Yaradanlar və yaşadanlar” layihəsi çərçivəsində keçirilən konsert  bəstəkar, əməkdar incəsənət xadimi, Xalq artisti Ramiz Mirişlinin  yaradıcılığına həsr olunmuşdu. Olaylar.az bildirir ki, tədbir Azərbaycan Televiziyası “Mədəniyyət” kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Beynəlxalq Muğam Mərkəzində "Yaradanlar və yaşadanlar" layihəsi çərçivəsində keçirilən konsert  bəstəkar, əməkdar incəsənət xadimi, Xalq artisti Ramiz Mirişlinin  yaradıcılığına həsr olunmuşdu.

Olaylar.az bildirir ki, tədbir Azərbaycan Televiziyası "Mədəniyyət" kanalının və Beynəlxalq Muğam Mərkəzinin birgə layihəsi çərçivəsində, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilmişdi.

Konsertdə  Xalq artisti  Teyyub Aslanov "Ay qəlbi kövrək", Əməkdar artistlər Almaz Orucova "Bir xumar baxışla", Zakir Əliyev "Süfrə nəğməsi", Azərbaycan Televiziyası və Radiosunun solistləri - Kamilə Nəbiyeva "Həyat söylə sən kiminsən", Sərxan Bünyadzadə "İlk sevgi", Zabitə Əliyeva  "Bir könül sındırmışam", Ayşən Mehdiyeva "Nəğməkar qız" və Rövşən Əziz " Küsüb məndən" mahnılarını ifa ediblər.

Konsertin son nömrəsi olan  "Sənsən ürəyim  " Gülüstan Əliyeva, Almaz Orucova və Ayşən Mehdiyevanın ifasında səsləndi.

İfaçıları  Xalq artisti Ağacəbrayıl Abasəliyevin bədii rəhbərliyi altında "Səadət" instrumental ansamblı müşayiət edirdi.

Tədbirin aparıcısı əməkdar artist Rəşad İlyasov idi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31