Ukraynada prezident seçkiləri: ikinci turda Zelenski və... - YENİLƏNİR
Ukraynada keçirilmiş prezident seçkilərində protokolların 40,21 faizinin hesablanmasına əsasən Vladimir Zelenski öndədir. Ukrayna Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, o, səslərin 30,23 faizini toplayıb. Sonrakı yerlərdə aşağıdakı namizədlər qərarlaşıb:
1 Aprel 2019 09:56 DünyaUkraynada keçirilmiş prezident seçkilərində protokolların 40,21 faizinin hesablanmasına əsasən Vladimir Zelenski öndədir.
Ukrayna Mərkəzi Seçki Komissiyasının açıqladığı məlumata görə, o, səslərin 30,23 faizini toplayıb.
Sonrakı yerlərdə aşağıdakı namizədlər qərarlaşıb:
Pyotr Poroşenko - 16,65 faiz
Yuliya Timoşenko - 13,14 faiz
Yuri Boyko - 11,48 faiz
Anatoli Qritsenko - 7,07 faiz
***
Ukrayna Mərkəzi Seçki Komissiyası seçkilərin ilkin nəticələrini açıqlayıb.
Seçki bülletenlərinin 4,6 faizinin sayılmasından sonra ortaya çıxan nəticələr aşağıdakı kimidir:
Vladimir Zelenski - 28,78 faiz
Pyotr Poroşenko - 17,16 faiz
Yuliya Timoşenko - 14,79 faiz
Yuri Boyko - 10,23 faiz
Anatoli Qritsenko - 6,64 faiz
***
Ukraynanın 3 yerli təşkilatının apardığı "exit-poll"un nəticələrinə görə, 30,4 faiz Vladimir Zelenski, 17,8 faiz Petro Poroşenko, 14,2 faiz Yuliya Timoşenko, 9,8 faiz Yuri Boyko, 7,1 faiz isə Anatoli Qriçenko seçicilərin səsini toplayıb.
Bu haqda UNİAN agentliyi bildirib.
Ukrayna MSK-sı 44 nəfərin prezidentliyə namizədliyini qeydə alsa da, sonradan 5 nəfər namizədliyini geri götürüb. Seçki bülletenində 39 namizədin adı qeyd olunub. Ukraynanın seçki tarixində bu, rekord göstəricidir. Ona görə də seçki bülleteni rekord uzunluqda 80 sm-dir.
***
Ukraynada bu gün keçirilən prezident seçkilərinin "eksit-poll" nəticələri açıqlanıb.
Şoumen Vladimir Zelenskiy 26-27 faizlə liderlik edir.
Hazırkı prezidenti Pyotr Poroşenkonun təxminən 16-17 faiz səs aldığı bildirilir. Keçmiş baş nazir, "Batkivşina" Partiyasının lideri Yuliya Timoşenkonun 14-15 faiz səslə üçüncü yerdə olduğu bildirilir.
Timoşenkoa üçüncü yer uğrunda Yuri Boyko ilə mübarizə apardığı deyilir.
Müxtəlif məlumatlara görə, Timoşenko Boyko və Poroşenko daha az səs toplayaraq yalnız 4-cü yeri tutur.
Qeyd edək ki, namizədlərdən hər hansı 50 faizdən çox səs toplaya bilməyəcəyi halda, ən çox səs toplayan iki namizəd ikinci turda mübarizə aparacaq.
Publika.az