"Frankofoniya həftələri layihəsi " nin təntənəli açılışı
Beynəlxalq Muğam Mərkəzində İsveçrə Səfirliyi "Frankofoniya həftələri" layihəsi çərçivəsində “Ah gözəl yay! Əbədi nəğmələr” adlı konsertdə gitara ifaçısı və müğənni Mark Aymon və onu barabanda müşayiət edən Efraim Salzman konsert proqramı ilə çıxış ediblər. Olaylar.az bildirir ki, konsertdə Fransanın ölkəmizdəki səfiri Oreliya Buşez "Frankofoniya həftələri"nin keçirilməsinin bakılıları və paytaxtın qonaqlarını fransızdilli ölkələrin tarixi, mədəniyyəti, məişəti, mətbəxi ilə bilavasitə tanış etmək məqsədi daşıdığını diqqətə çatdırıb. Səfir qeyd edib ki, bu layihə çərçivəsində aprelin 15-dək maraqlı konsert, sərgi, kino nümayişi və s. keçiriləcək.
1 Aprel 2019 10:07 MədəniyyətBeynəlxalq Muğam Mərkəzində İsveçrə Səfirliyi "Frankofoniya həftələri" layihəsi çərçivəsində "Ah gözəl yay! Əbədi nəğmələr" adlı konsertdə gitara ifaçısı və müğənni Mark Aymon və onu barabanda müşayiət edən Efraim Salzman konsert proqramı ilə çıxış ediblər.
Olaylar.az bildirir ki, konsertdə Fransanın ölkəmizdəki səfiri Oreliya Buşez "Frankofoniya həftələri"nin keçirilməsinin bakılıları və paytaxtın qonaqlarını fransızdilli ölkələrin tarixi, mədəniyyəti, məişəti, mətbəxi ilə bilavasitə tanış etmək məqsədi daşıdığını diqqətə çatdırıb. Səfir qeyd edib ki, bu layihə çərçivəsində aprelin 15-dək maraqlı konsert, sərgi, kino nümayişi və s. keçiriləcək.
İsveçrə Konfederasiyasının ölkəmizdəki səfiri Filipp Ştadler bildirib ki, bu gün səhnədə tanınmış isveçrəli duet - vokalçı və gitaraçı Mark Aymon və zərbçi Efraim Salzman çıxış edəcəklər. Onlar tamaşaçılara İsveçrə xalq musiqisini ehtiva edən "Ah, gözəl yay! Əbədi mahnılar" adlı proqram təqdim edəcəklər.
Həmçinin səfir Filipp Ştadler bu gözəl konsertin təşkilati dəstəyinə görə Beynəlxalq Muğam Mərkəzinin direktoru, Xalq artisti Murad Hüseynova təşəkkürünü bildiridi.
Konsertdə musiqiçilər Mark Aymon və Ephraim Salzmann ənənəvi xalq mahnıları ilə müasir musiqinin sintezindən yaratdıqları ecazkar mahnıları ifa ediblər. Hər iki musiqiçi keçən il dünyanın bir sıra ölkəsində verdiyi konsertlərlə tamaşaçıların qəlbini fəth edib.