Türkiyədə səslərin 33%-i sayıldı - Gözlənilməz nəticələr
31 Mart 2019 20:59 DünyaTürkiyədə az öncə başa çatan bələdiyyə seçkilərinin ilkin nəticələri açıqlanıb.
Axar.az xəbər verir ki, indiyə qədər səslərin 33,36%-i sayılıb. Hazırkı nəticələrə görə, ümumilikdə Cümhur İttifaqı (AKP-MHP) 52,43% səslə öndədir. Cümhur İttifaqını 37,19% səslə Millət İttifaqı təqib edir.
Partiyalar üzrə ümumi nəticə belədir:
1. AKP - 47,56%
2. CHP - 31,28%
3. İYİ Partiyası - 5,91%
4. MHP - 4,9%
5. HDP - 3,25%
6. Səadət Partiyası - 2,09%
7. DSP - 1,3%
Digər siyasi partiyalar hələlik 1%-dən az toplayıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31