Bakıda Macar dili və mədəniyyəti mərkəzi açılıb
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və ADU-nun rektoru Kamal Abdulla razılaşma sənədi imzalayıblar. Olaylar.az bildirir ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana səfəri çərçivəsində Azərbaycan Dillər Universitetində (ADU) olub. ADU-nun rektoru akademik Kamal Abdulla nazir Peter Siyartonu universitetdə görməkdən şad olduğunu deyib. Rektor nazirin Azərbaycana səfərinin iki xalq arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafı üçün faydalı olduğunu söyləyib.
1 Aprel 2019 09:58 SosialMacarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və ADU-nun rektoru Kamal Abdulla razılaşma sənədi imzalayıblar. Olaylar.az bildirir ki, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycana səfəri çərçivəsində Azərbaycan Dillər Universitetində (ADU) olub.
ADU-nun rektoru akademik Kamal Abdulla nazir Peter Siyartonu universitetdə görməkdən şad olduğunu deyib. Rektor nazirin Azərbaycana səfərinin iki xalq arasında dostluq və qardaşlıq əlaqələrinin inkişafı üçün faydalı olduğunu söyləyib.
Nazir Peter Siyarto ADU-da olmaqdan məmnunluğunu ifadə edib. Əməkdaşlığın inkişafında yaradılan şəraitə görə universitet rəhbərinə təşəkkürünü bildirib. Nazir iki ölkə arasında inkişafda olan əlaqələrdən söz açıb. Peter Siyarto ADU-da Macar dili və mədəniyyəti mərkəzinin yaradılmasını yüksək qiymətləndirib. O, hər il xarici tələbələr üçün Macarıstan universitetlərində geniş imkanlar yaradıldığını bildirib və tələbələrə bu imkanlardan yararlanmağı tövsiyə edib.
Tərəflər arasında Macar dilinin və mədəniyyətinin tədrisini həyata keçirmək məqsədilə razılaşma sənədi imzalanıb. Əldə olunmuş razılaşmaya əsasən, təhsil, elm və mədəniyyət sahəsində 29 iyun 2018-ci il tarixli Əməkdaşlıq Razılaşmasının yenilənməsi, ADU-da Macar dili və mədəniyyətinin tədrisinin təmin edilməsi məqsədi ilə əməkdaşlıq edilməsi, yaxın vaxtlarda Macar universitetlərinin birində Azərbaycan dili və mədəniyyəti mərkəzinin yaradılmasını dəstəkləmək üçün birgə səy göstərilməsi və digər məsələlər nəzərdə tutulub.
Daha sonra Macar dili və mədəniyyəti mərkəzinin rəsmi açılış mərasimi keçirilib və Macarıstan naziri Peter Siyarto və ADU-nun rektoru Kamal Abdulla tərəfindən qırmızı lent kəsilib.