Gündəm

VII Muğam Televiziya Müsabiqəsi davam edir

24 Aprel 2019 13:08

Heydər Əliyev Fondunun dəstəyi ilə keçirilən VII Muğam Televiziya Müsabiqəsinin növbəti dinləmələri İsmayıllı şəhərində təşkil olunub. Olaylar.az bildirir ki, 14 iddiaçı ilə davam edən layihənin növbəti yayımında görkəmli mütəfəkkir şair İmadəddin Nəsiminin ölməz irsinə müraciət edilib.

Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir - Muğam Mərkəzində

24 Aprel 2019 12:11

Beynəlxalq Muğam Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırılması və yekun  konserti baş tutmuşdur.

Fridrix Dürrenmattın dəfnə çələngi

24 Aprel 2019 11:28

Fridrix Dürrenmatt 1921- ci ildə keşiş ailəsində dünyaya göz açıb. Daha dəqiq desək İsveçrənin Konolfingen şəhərində anadan olub. Psixoloji dedektiv janrının ustalarından sayılan Fridrix həm dramaturq, həm rəssam-ekspressionist, həm publisist, həm də teatr bilicisi idi. Əsərlərini alman dilində qələmə alırdı.

Gənc və həvəskar rəssamların birgə rəsm sərgisi 

24 Aprel 2019 10:53

Aprelin 30-da “Arts Council Azerbaijan” təşkilatının dəstəyi ilə “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün növbəti rəsm sərgisi açılacaq. Olaylar.az bildirir ki, “Art Tover” rəsm qalereyasında təşkil ediləcək sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşacaq.

20 milyon dəfə yüklənmiş virus proqramları aşkar edilib

24 Aprel 2019 10:51

“Avast” antivirus proqram təminatı istehsalçısının məlumatına görə, “Google Play” internet mağazasında istifadəçilər tərəfindən 20 milyon dəfədən çox yüklənilmiş təxminən 40 reklam tətbiqi aşkar edilib.  “Avast” şirkəti tərəfindən “TsSdk” adlandırılmış və “Android: Agent-SEB [PUP]” qrupuna aid edilmiş bu proqramlar reklamı daima tam ekranlı formatda göstərir, bəzi hallarda isə istifadəçilərdən əlavə mobil proqramlar quraşdırmağı tələb edir.

“İntihar edə bilərəm” - Fərda sənətdən getməyi barədə

24 Aprel 2019 10:49

Aktyor Fərda Xudaverdiyev “Hər şey daxil” proqramında qonaq olub. O, sənətdən getməsi ilə bağlı paylaşdığı videonun səbəbini açıqlayıb.

Əməkdar artist intihar etmək istəyən eks-ərindən NƏLƏR DEDİ: Axmaq...

24 Aprel 2019 10:45

Xəbər verdiyimiz kimi, Əməkdar artist Lalə Məmmədovanın keçmiş həyat yoldaşı İlham Qafarov müğənniyə qarşı ağır ittihamlar səsləndirib. İlham Qafarov mətbuata verdiyi açıqlamada intihar etmək istədiyini deyib və bunda Lalə Məmmədovanı günahlandırıb. Sənətçi eks-ərinin onun ünvanına dediyi ittihamlara cavab verməsə də, sosial şəbəkədə paylaşdığı fikirlərdən bu hadisədən böyük sarsıntı keçirdiyi məlum olub.

Yelena Zelenskayanın həyatının gizli məqamları - O, Vladimiri 4 il əvvəl "prezident təyin edibmiş"

24 Aprel 2019 10:42

Qadınların kişilərdə qiymətləndirdiyi ən əsas keyfiyyət güclü yumor hissidir. İstisnalar olsa da, bu, psixologiya tarixində dəyişməz bir qanundur. Kişi səni güldürə bilirsə, deməli ondan yaxşı ər və yaxşı ata olacaq. Ağıllı qadın bilir ki, belə kişi ilə heç vaxt darıxmaz. Axı gülüş həmişə qəlbin və ruhun ən yaxşı gigiyenası sayılıb. Bəs, Ukraynanın ən güclü yumor aktyoru statusundan prezident postuna keçən Vladimir Zelenski özü əks cinsdə hansı xüsusiyyəti yüksək qiymətləndirirdi? 41 yaşlı prezidentin qəlbini oğurlaya bilən qadın nə ilə seçilirdi? Yelena Zelenskayanın həyat yolu.

V Dünya Mədəniyyətlərarası Dialoq Forumuna hazırlıq müzakirə olundu

24 Aprel 2019 10:31

V Dünya Mədəniyyətlərarası Dialoq Forumunun Bakı şəhərində keçirilməsi ilə əlaqədar yaradılmış Təşkilat Komitəsinə daxil olan dövlət qurumları nümayəndələrinin iştirakı ilə iclas keçirildi. Olaylar.az bildirir ki, Bakı Konqres Mərkəzində keçirilən iclasda Təşkilat Komitəsinin sədri, mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək hazırlıq işləri və qarşıda duran vəzifələr haqqında danışdı. Bildirdi ki, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının öz tədbirlərini Azərbaycanda keçirməsi müstəqil dövlətimizin nüfuzundan xəbər verir.

"Sizi də, özümü də biabır etdim" - Pərvanə Dostəliyeva

24 Aprel 2019 10:21

Xalq artisti Nazpəri Dostəliyevanın qardaşı Ağalar Dostəliyevin qızı olduğunu deyən Pərvanə Dostəliyeva daha bir videosu ilə gündəmə gəlib.  İnstaqramda yayımladığı videoları silən Pərvanə bunun səbəbini açıqlayıb. O, müğənnilik karyerasını yenidən başlamaq üçün özünü bu yolla reklam etdiyini deyənlərə cavab verib:

Cəbhəçiləri portağal qabığı kimi soyan Əli Kərimli

24 Aprel 2019 10:15

Yaxud özünü azərbaycanlı, bu torpağın övladı hesab etməyən Vətən xaini haqqında "Bu bir həqiqətdir ki, Azərbaycanın radikal müxalifəti xalqımızın, dövlətimizin əldə etdiyi uğurlara qarşı çıxmağı, bu uğurlara kölgə salmağı özü üçün “ənənəyə” çevirib. Onlar bu uğurlara nəinki sevinmir, hətta düşmən münasibəti bəsləyərək ölkəmizin əldə etdiyi nailiyyətlərə kölgə salmaq üçün bütün güclərini səfərbər edirlər. Hətta hər hansı ümumxalq, ümumdövlət məsələsində belə onlar dövlətin, xalqın marağını satmaqdan çəkinmir, düşmənlərlə eyni sırada dayanırlar. Bir sözlə, bəlli sifarişləri yerinə yetirən bu kəsim istər iqtisadi, istərsə də siyasi müstəvidə əldə olunan nailiyyətlərə mənfi don geyindirməklə məşğuldur. İqtisadi inkişafımız, dövlətimizin dünya siyasi palitrasında mühüm aktorlardan birinə, həmçinin dünyada tolerant, mədəni, sivilizasiyaların dialoq mərkəzi kimi nümunəyə çevrilməsi radikalların faktiki olaraq yuxusunu ərşə çəkib.

Muğam Mərkəzində elmi-praktiki konfrans

23 Aprel 2019 15:59

Beynəlxalq Muğam Mərkəzində geniş miqyaslı “Dəyirmi masa” layihəsi çərçivəsində “Azərbaycan tarının, tar ailəsinin ölçü sistemləri və əmsallarının təyin edilməsi məsələləri ” adlı elmi-praktiki konfrans keçirilib. Olaylar.az bildirir ki, konfrans Beynəlxalq Muğam Mərkəzi və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə reallaşıb.

Azərbaycan Prezidenti: Vətəndaşları narahat edən problemləri bilməli və həll etməliyik

23 Aprel 2019 15:41

Azərbaycan Prezidenti: Vətəndaşları narahat edən problemləri bilməli və həll etməliyik

Kinoloq danışdı: “Sahibsiz itlər qısırlaşdırılsın”

23 Aprel 2019 14:54

Aprelin 18-də  Binəqədi rayonunun Sulutəpə qəsəbəsində 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu küçə itinin hücumuna məruz qalmışdır. Quduzlaşmış it azyaşlının yanaq nahiyəsini parçaladıqdan sonra ölüb. Ağır yaralanan 4 yaşlı uşaq 1  saylı Klinik Xəstəxanaya aparılıb, quduzluq əleyhinə zərdab vurulub. Son günlər insanların sahibsiz küçə itlərinin hücumuna məruz qalması halları artıb. Bir çoxları çıxışyolu kimi sahibsiz itlərin öldürülməsini təklif edir. Olaylar.az məsələ ilə bağlı kinoloq Etibar Orucovun açıqlamasını təqdim edir:

Azərbaycan milli stendi Özbəkistanda

23 Aprel 2019 13:41

Özbəkistan Rəssamlıq Akademiyasının təşkilatçılığı ilə keçirilən Ənənəvi təsviri incəsənət festivalı"nda ölkənin gənc rəssamları, heykəltaraşları, bütün regionlarından dəvət olunan sənətkarlar öz əl işlərini, habelə xarici ölkələrin səfirlikləri, mədəniyyət mərkəzləri milli stendlərini təqdim ediblər. Olaylar.az bildirir ki, festivalda Özbəkistanın mədəniyyət, incəsənət sahəsi üzrə tanınmış mütəxəssisləri, xarici ölkələrin Özbəkistandakı səfirləri, diplomatları, mədəniyyət, incəsənət sahəsi üzrə mütəxəssislər, bu sahə üzrə müəllim və tələbələr iştirak etmişlər.