Nəsiminin 650 illiyinə həsr olunmuş tədbir - Muğam Mərkəzində

Beynəlxalq Muğam Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “Hüsnü-cəmal, əqli kamal” adlı ali məktəblərarası bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırılması və yekun  konserti baş tutmuşdur.

Beynəlxalq Muğam Mərkəzində böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş "Hüsnü-cəmal, əqli kamal" adlı ali məktəblərarası bədii qiraət müsabiqəsi qaliblərinin mükafatlandırılması və yekun  konserti baş tutmuşdur.

Olaylar.az bildirir ki, tədbirdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, professor Ceyran Mahmudova və Bakı Ali Neft Məktəbinin rektoru  Elmar Qasımov cıxış edərək, Nəsimi poeziyasının dərinliyindən söhbət açaraq, müsabiqənin məqsədləri və əhəmiyyəti haqqında  danışdılar, tələbələrə təhsildə və gələcək fəaliyyətlərində uğurlar arzuladılar. 

Sonra "Hüsnü-cəmal, əqli kamal" adlı ali məktəblərarası bədii qiraət müsabiqəsində  I, II və III yerlər  tutan  tələbələrə  diplomlar və pul  mükafatları təqdim edildi.

Mükafatlandırma mərasimindən sonra baş tutan ədəbi-musiqili konsertdə Xalq artisləri Gülyanaq Məmmədova və Teyyub Aslanovun  ifasında İmadəddin Nəsiminin qəzəllərindən ibarət muğam parçaları, eləcə də müsabiqə qalibləri  və laureatları  olan tələbələrin ifasında dahi şairin  şerləri səsləndi.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31