Gənc və həvəskar rəssamların birgə rəsm sərgisi
Aprelin 30-da “Arts Council Azerbaijan” təşkilatının dəstəyi ilə “START” layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün növbəti rəsm sərgisi açılacaq. Olaylar.az bildirir ki, “Art Tover” rəsm qalereyasında təşkil ediləcək sərgi “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşacaq.
24 Aprel 2019 10:53 MədəniyyətAprelin 30-da "Arts Council Azerbaijan" təşkilatının dəstəyi ilə "START" layihəsi çərçivəsində gənc və həvəskar rəssamların inkişafı üçün növbəti rəsm sərgisi açılacaq.
Olaylar.az bildirir ki, "Art Tover" rəsm qalereyasında təşkil ediləcək sərgi "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Gənclər Şəbəkəsinin təşkilatçılığı ilə reallaşacaq.
Sərginin kuratoru Türkan Cəfərzadədir.
"Arts Council Azerbaijan" qeyri-hökumət təşkilatının bu sərgini təşkil etməkdə məqsədi gənc nəslin incəsənətə olan marağını daha da artırmaq, Azərbaycan rəssamlarını tanıyıb və tanıtmaqdır.
Sərgi mayın 1-dən 18-dək ziyarətçilər üçün açıq olacaq.