Gündəm

“Baku Medical Plaza”nın etirafı - "Ölən qız bizim plazada müalicə olunub"

23 Aprel 2019 12:19

“Baku Medical Plaza” 3 dəfə burun əməliyyatından sonra dünyasını dəyişən Gülyaz Hacıyevanın ölümünə aydınlıq gətirib.

“Sözləri Hüseyn Cavidindir” adlı not kitabı nəşr edilib

23 Aprel 2019 10:07

AMEA Hüseyn Cavidin Ev Muzeyi tərəfindən “Sözləri Hüseyn Cavidindir” adlı not kitabı çap olunub. Olaylar.az bildirir ki, kitabın tərtibçisi muzeyin direktoru, fil.ü.e.d. Gülbəniz Babaxanlıdır. “Sözləri Hüseyn Cavidindir” kitabı Azərbaycanın mütəfəkkir şairi, görkəmli dramaturq Hüseyn Cavidin sözlərinə bəstələnmiş musiqi əsərlərinin yazılı ifadəsi – not yazılarıdır.

X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılış mərasimi 

23 Aprel 2019 10:06

Mədəniyyət naziri Əbülfəs Qarayev M. Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında X Beynəlxalq Mstislav Rostropoviç Festivalının açılış mərasimində çıxış edərək bildirib ki, X Beynəlxalq Mstislav Rostropoviç Festival həm ölkəmiz, həm də musiqi ictimaiyyəti üçün əlamətdar olduğunu vurğulayıb, festivalı Azərbaycanın mədəni həyatında ən vacib tədbirlərdən biri kimi qiymətləndirib.

DİN və DMX-nın rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olundu

23 Aprel 2019 10:01

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN ödəniş” sisteminin əhatə dairəsinin genişləndirilməsi istiqamətində işləri davam etdirir. Olaylar.az bildirir ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin rüsum ödənişləri “ASAN ödəniş” sisteminə inteqrasiya olunub.

Youth Inc. Sahibkarlıq Proqramının koordiantoru beynəlxalq layihədə iştirak edib

22 Aprel 2019 16:54

2012-ci ildən bəri fəaliyyət göstərən “Youth Inc.” Sahibkarlıq Proqramının koordinatoru Zaur Ünsizadə, Avropa Komissiyası tərəfindən maliyyəşən “Erasmus+” çərçivəsində ilk mərhələsi Avropanın bir neçə şəhərində baş tutan “Start it UP, Keep it UP” layihəsində iştirak edib. Olaylar.az bildirir ki, layihənin digər mərhələləri növbəti aylarda davam edəcək. Zaur Ünsizadə Avropanın 3 ölkəsini əhatə edən bu layihədə iştirak edən 5 Azərbaycanlı nümayəndə heyətindən biridir.

Rektor ABŞ-ın Azərbaycandakı səfiri ilə görüşdü

22 Aprel 2019 15:34

Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla Amerika Birləşmiş Ştatlarının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerlə görüşüb.

Dövlət Mahnı və Rəqs Ansamblı beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb

22 Aprel 2019 15:29

“Oş - Türk dünyasının mədəniyyət paytaxtı” tədbirləri çərçivəsində Oş şəhər Milli Dram Teatrında böyük Qala - konsert keçirilib. Olaylar.az bildirir ki, qonaqları Oş şəhərinin meri Taalaybek Sarıbaşov salamlayıb, qədim Oş şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi ilə bağlı tədbirlərə qatıldıqları üçün qonaqlara minnətdarlıq edib, türkdilli dövlətlər arasında əməkdaşlığın daha da dərinləşdirilməsi, müxtəlif sahələrdə birgə proqram və layihələrin həyata keçirilməsinin vacibliyindən söhbət açıb.

Səfirliyin nümayəndəsi tələbələrlə görüşdü

22 Aprel 2019 15:27

Macarıstanın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil məsələləri üzrə ikinci katibi Mihay Qruber Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb.

Valideynlərin ikinci evliliyi uşaqlara necə təsir göstərir – Psixoloqlar danışdı

22 Aprel 2019 14:30

Çox zaman valideynlərin ikinci evlilikləri uşaqların psixoloji durumları üçün təhlükə hesab edilir. Cəmiyyətimizdə “ögey ana”, “ögey ata” ifadələri heç də hər zaman xoş xatırlanmayıb. Olaylar.az psixoloqlarla birgə valideyinin uşağı ikinci evliliyinə psixoloji olaraq necə hazırlamalı, ikinci evliliyin uşaq üçün hansı müsbət və mənfi tərəflərinin olduğunu araşdırıb.

Kinorejissor Tofiq İsmayılovun 80 illik yubileyi qeyd edildi

22 Aprel 2019 14:00

Beynəlxalq Muğam Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə görkəmli kinorejissor, ssenarist, Xalq artisti, professor Tofiq İsmayılovun 80 illik yubiley gecəsi keçirildi. Tədbirdə Mədəniyyət Nazirliyinin Aparat rəhbəri Fikrət Babayev, rəsmi qonaqlar, mədəniyyət, elm xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdi.

Bakıda üzünü it parçalayan uşağın xəstəxanadan GÖRÜNTÜLƏRİ - VİDEO

22 Aprel 2019 13:56

Bu gün Bakının Binəqədi rayonunun Sulutəpə qəsəbəsində üzünü it parçalayan 2015-ci il təvəllüdlü Hüseyn Məmişovun xəstəxanadan görüntüləri yayılıb.

“Balaca Şahzadə” növbəti dəfə nümayiş olunacaq

22 Aprel 2019 12:25

Mayın 2-3-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında məşhur fransız yazıçısı Antuan de Sent-Ekzüperinin “Balaca şahzadə” əsərinin motivləri əsasında hazırlanan eyniadlı tamaşa nümayiş olunacaq. Olaylar.az bildirir ki, səhnə əsərinin süjet xəttində Balaca Şahzadənin müxtəlif planetlərə səyahətləri obrazlı şəkildə təsvir olunur. Onun qarşılaşdığı personajlarla ünsiyyəti, tamaşaçıya dərin, fəlsəfi mesajlar verir, böyüklərin dünyası, düşüncələri, həyat fəlsəfəsi, sevgi mövzusu balaca bir uşağın gözü ilə və ibrətamiz kəlamlarla anladılır.

Həyat yoldaşı ilə küçədə rastlaşıb – Zelenski haqda Qeyri-adi faktlar

22 Aprel 2019 11:28

Ukraynanın prezident seçkilərində qalib olmuş aktyor, yumorist, ssenarist, rejissor Vladimir Zelenski haqda 15 maraqlı fakt:

Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin beynəlxalq uğurları

22 Aprel 2019 11:20

Qazaxıstan Respublikasının Birinci Prezidenti Fondunun dəstəyi və Dövlət Tarixi İnstitiunun təşkilatçılığı ilə Nur-Sultan şəhərində Beynəlxalq elmi konfrans keçirilmişdir. Olaylar.az bildirir ki, «Mолодежь Великой степи: историческая миссия и формирование нации Единого будущего» adlı Beynəlxalq elmi konfransda Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin elmi katibi Cavid Əliyev iştirak etmişdir.

“Oş – Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi

22 Aprel 2019 10:42

Qırğızıstanda “Oş - Türk dünyasının mədəniyyət paytaxtı” layihəsinin rəsmi açılış mərasimi keçirilib. Olaylar.az bildirir ki, Azərbaycanı tədbirdə mədəniyyət nazirinin müavini Rafiq Bayramovun rəhbərliyi ilə nümayəndə heyəti təmsil edib.