Səfirliyin nümayəndəsi tələbələrlə görüşdü

Macarıstanın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil məsələləri üzrə ikinci katibi Mihay Qruber Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb.

Macarıstanın Azərbaycandakı səfirliyinin Mədəniyyət və Təhsil məsələləri üzrə ikinci katibi Mihay Qruber Azərbaycan Dillər Universitetinin tələbələri ilə görüşüb.

Olaylar.az bildirir ki, Macarıstan təhsil sistemi haqqında danışan qonaq universitetdə yaradılan şəraitə görə təşəkkürünü bildirib. O, tələbələrin Macarıstanı seçmək səbəblərindən danışaraq ölkə haqqında ətraflı məlumat verib. M.Qruber Macarıstanda xarici tələbələr üçün ali təhsil forması, beynəlxalq proqramlar, təqaüd proqramlarından söz açıb. Macarıstanda təhsil almaq şərtləri, tələblər, ödəniş formaları ilə bağlı danışan qonaq müraciət prosesi haqqında məlumat verib.

Görüş tələbələri maraqlandıran sualların cavablandırılması ilə davam edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31