Dünya
Suriya müxalifətinin dəstələri Raqqaya daxil olublar
Suriya müxalifəti alyansının "Suriya demokratik qüvvələri"nin (SDF) silahlı dəstələri (kürdlər və ərəblərdən ibarət dəstələr-red.) Raqqa şəhərinə daxil olublar. Bunu alyansın nümayəndələrindən biri deyib.
Binəli Yıldırım: "Türkiyə Qətər böhranının dialoq yolu ilə həllinə ümid edir"
Türkiyə Qətər böhranının dialoq yolu ilə həll ediləcəyinə ümid edir. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım Ankarada hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurultayında çıxışı zamanı deyib. B.Yıldırım qeyd edib ki, hazırda Türkiyə prezidenti də bu böhranın həll üçün fəal diplomatik işə başlayıb: "Region ölkələri arasında dialoqa ehtiyac var".
Ərəb dünyası yeni gərginlik mərhələsində
İslam həmrəyliyi və birliyinə ciddi şəkildə ehtiyac yarandığı, zərurət duyulduğu bir vaxtda müsəlman aləmində yeni bir ixtilaf, qarşıdurma meyli müşahidə edilməkdədir. Söhbət Qətərlə Səudiyyə Ərəbistanı arasında meydana gələn insdent və onun bütün İslam aləminə yayılma ehtimalından gedir.
Kabildə raket tennis kortuna düşdü
21 ölkədən nümayəndələrin iştirakı ilə işinə başlayan "Kabil prosesi" beynəlxalq konfransının keçirildiyi Əfqanıstanın paytaxtı Kabildə partlayış olub. Partlayışın diplomatik rayonun yerləşdiyi "yaşıl zona"da tennis kortuna raket düşməsi nəticəsində baş verdiyi müəyyənləşib. İtkilər barədə məlumat yoxdur.
Qərbin regional oyunları
Hər zaman dünyanın diqqətini özünə cəlb edə bilən Yaxın Şərq yenə də öz “liderliyini” qoruyur. Hazırda əsas diqqət yenə də bu regiona cəmlənib. Ancaq bu dəfə diqqət Yaxın Şərqin bir nömrəli poblemi sayılan İsraillə Fələstinə deyil, Səudiyyə Ərəbistanı ilə Qətərə yönəlib.
Rusiya AŞPA-ya təxminən 11 milyon avro məbləğində vəsaitin ödənişini blokladı
Rusiya bu il Avropa Şurasına ayırmalı olduğu və AŞ-in Parlament Assambleyasının (AŞPA) maliyyələşdirilməsi üçün nəzərdə tutulan ianənin üçdə birini bloklayıb. Bu isə təxminən 11 milyon avro deməkdir.
Əfqanıstanda terrorda ölənlərin sayı 150-yə çatdı
Əfqanıstan prezidenti Əşraf Qani ötən həftə Kabulda baş verən terrorda ölənlərin sayının 150-yə çatdığını açıqlayıb. Prezident Kabulda diplomatları ilə görüşdə bildirib ki, terrorda 150-dən çox insan ölüb, 300-dən çox insan isə müxtəlif yanıq xəsarətləri və amputasiyalarla xəstəxanaya yerləşdiriliblər.
İşveçdə 2 nəfər polisə hücum edib
İşveçin paytaxtı Stokholmda 2 nəfər polis patruluna hücum edib. Bu haqda Stokholm polisi xəbər verib. Məlumata görə, hücum edənlərdən biri güllə yarası alıb. Belə ki, polislərdən biri xəbərdarlıq atəşi açıb. Hücum edənlərdən biri odlu silahla yaralanmış və xəstəxanaya yerləşdirilib.
Qətər ərəb ölkələri ilə münasibətləri gərginləşdirmək istəmir
Qətər Doha ilə bütün əlaqələri qıran ölkələr ilə münasibətləri gərginləşdirmək istəmir. Bunu Qətərin xarici işlər naziri Məhəmməd Abderrəhman Əl Tani deyib.
Ərdoğanla Putin Qətəri müzakirə ediblər
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb. Bu haqda Kremlin mətbuat xidməti xəbər verib. Danışıq zamanı ölkə liderləri Qətər ətrafında yaranmış vəziyyəti müzakirə ediblər. Məlumata görə, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə keçirilib.
London terrorçusunun xanımı: "Həyatımı dəyişmək istəyirdi"
Rəşid Buduan və Xuram Şəzad Butt... Bu insanlar ötən həftənin şənbə günü Britaniyanın paytaxtı Londonda məşum terror aktı törədənlərdir. Rəşid Buduan London körpüsündə mikroavtobusla insanları basıb öldürməzdən əvvəl WhatsApp vasitəsilə arvadına və qızına Qurani-Kərimdən ayə yollayıb. Bir qədər əvvəl isə o, şəhərin Barkinq səmtindəki mənzilinə yollanmış, xanımı Xariss O-Liri və 18 aylıq qızı ilə vidalaşmışdı.
Rəsmi Ankara: "Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası öz problemlərini özləri həll etməlidirlər"
Fars Körfəzinin Ərəb Ölkələrinin Əməkdaşlıq Şurası öz problemlərini öz aralarında və dialoq yolu ilə həll etməlidirlər. Bu barədə Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalının yazılı bəyanatında deyilir. İ.Kalın qeyd edib ki, hazırkı məqamda regionun sabitliyə və iqtisadi artıma ehtiyacı var və bütün regional ölkələr diqqəti bu prinsiplərə cəmləməlidir.
Qətər çevriliş günü Türkiyəyə hərbçi göndərib - Şok iddia
Tanınmış idmançı ömürlük həbs olundu - QIZ ÜSTÜNDƏ - FOTO
Çində dünyanın ən sürətli lifti istifadəyə verilib
Yaponiyanın "Hitachi" şirkəti Çinin cənubunda yerləşən Quançjou şəhərində dünyanın ən sürətli liftini istifadəyə verib. Lift "CTF Finance Centre" maliyyə mərkəzinin binasında yerləşir.














