Dünya
Filippin öz vətəndaşlarının Qətərə getməsinə qadağa qoyub
Filippin hökuməti öz vətəndaşlarının Qətərə işləməyə getməsinə müvəqqəti qadağa qoyub. Bu addım ötən gün ərəb ölkələri ilə Qətər arasında yaşanan diplomatik böhranla əlaqədar atılıb.
Trampdan Qətərlə bağlı AÇIQLAMA
"Yaxın Şərqə səfərim zamanı radikal ideologiyaların maliyyələşdirilməməsinin vacibliyini qeyd etdim. Bütün ölkələr Qətəri işarə etdilər". Bunu ABŞ prezidenti Donald Tramp "Twitter" səhifəsində bir neçə ölkənin Qətərlə diplomatik əlaqələri kəsməsi ilə bağlı yaranan böhrana münasibət bildirərkən yazıb. Bu, ABŞ prezidentinin məsələyə ilk reaksiya olub.
Azərbaycanlı iş adamı diri-diri basdırıldı - Telefonuyla...
Putin agentlərini Qarabağa göndərdi - MƏXFİ PLAN İŞƏ DÜŞDÜ
Rusiya Ermənistandakı Erubuni hərbi bazasına MiQ-29 təyyarələri göndərəcək. “Voennoye obozreniye” nəşrinin məlumatına görə, Rusiyanın Kurskda yerləşən Qərb Hərbi Dairəsinin 14-cü alayına məxsus Xalino aerodromuna çoxtəyinatlı “Su-30SM” qırıcı təyyarələri gətiriləcək.
Londonda terror törətmiş üçüncü şəxsin adı məlum olub
Böyük Britaniyada iyunun 3-də terror aktı törədən üçüncü şəxsin adı məlum olub. Bu, 22 yaşlı Mərakeş əsilli italiyalı Yusef Zaqbadır. O, əvvəllər Britaniya hüquq-mühafizə orqanlarının müşahidəsi altında olmayıb.
İŞİD Mosuldan qaçmaq istəyən 163 sakini güllələdi
"İŞİD terror qruplaşması İraqın Mosul şəhərində 163 dinc sakini güllələyib". Bunu BMT-nin İnsan haqları üzrə ali komissarı Zeyd Rəəd-əl Hüseyn deyib. "Mənim əməkdaşlarımın verdiyi məlumata görə, kişi, qadın və uşaqların meyitləri Mosulun qərbindəki Əl-Şirə kvartalının küçələrindədir. İŞİD üzvləri şəhərdən qaçmaq istəyən insanları öldürüb", - deyə o, söyləyib.
İstanbula giriş-çıxış bağlandı -Yeni əməliyyat
İstanbulda 5 min polis təhlükəsizlik əleyhinə yeni əməliyyatın icrasına başlayıb. İstanbul polis rəisi Mustafa Çalışkanın rəhbərliyi ilə həyata keçirilən "Kurtakapanı" adlı əməliyyat çərçivəsində şəhərin bütün giriş-çıxışları bağladılıb.
Lavrov: "Balkan ölkələrinin NATO-ya üzv olmasının əleyhinə deyilik"
"Rusiya Balkan ölkələrinin NATO-ya üzv olmasının əleyhinə deyil". Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov slovakiyalı həmkarı Miroslav Layçakla birgə keçirdiyi mətbuat konfransında bildirib. "Rusiya Balkan ölkələrinin, o cümlədən Monteneqro və Makedoniyanın Avropa iqtisadi inteqrasiyasının bir hissəsinə çevrilməsinə qarşı deyil.
Rusiya ilə ABŞ arasında daha bir GƏRGİNLİK
Rusiyanın "Su-27" qırıcı təyyarəsi Baltik dənizi üzərində Rusiya sərhədi boyunca uçan ABŞ Hərbi Hava Qüvvələrinə məxsus "B-52" bombardmançı təyyarəni aşkarlayaraq nəzarətə götürüb və onu müşayiət edib.
Rusiyanın təhsil naziri MDB ölkələrinin kiril əlifbasına qayıtmasını təklif edir
Rusiyanın təhsil və elm naziri Olqa Vasilyeva MDB ölkələrinin kiril əlifbasına qayıtmasını təklif edib. Nazir bu barədə "Rus dünyası və rus dili: inkişafın tarixi kökləri və istiqamətləri" forumunda çıxışında bildirib.
Ermənistanın baş naziri istefa verdi, Sarkisyan qəbul etmədi
Ermənistanın baş naziri Karen Karapetyan iki dəfə istefa vermək üçün müraciət etsə də, prezidentSerj Sarkisyan bundan imtina edib. "Bu barədə Joğovurd" nəşri məlumat yayıb.
Saatda 500 kilometr sürətlə hərəkət edən avtomobil partladı - VİDEO
ABŞ-ın Nyu-Hempşir ştatında keçirilən dreq-raysinq avtomobil yarışı zamanı rekord sürətlə hərəkət edən avtomobil partlayıb. Avtomobilin sükanı arxasında 28 yaşlı yarışç Kortni Fors olub. Onun avtomobili startdan bir neçə saniyə sonra saatda 500 kilometrə yaxın sürət yığıb və bu zaman əvvəlcə yanğın, ardınca partlayış baş verib.
Döyülən jurnalist Arda Turanı məhkəməyə verəcək
"Milliyet" qəzetinin idman yazarı Bilal Meşe Türkiyə milli komandasının və İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turanı məhkəməyə verəcək. Bu barədə "Doğan" agentliyinə təcrübəli jurnalistin özü bildirib.
Ermənistanda aparıcı KİV-lər bağlanır
Baş nazir Karen Karapetyan ozünə sərf etməyən KİV-lərin bağlanması üçün Ermənistandakı əlaqələri kifayət etmədiyindən Moskvaya üz tutmalı olub. Karapetyan məsələni siyasiləşdirərək Rusiyadakı siyasi dairələr vasitəsilə Serj Sarkisyana təzyiq etmək istəyir ki, prezident bəzi KİV-ləri bağlasın.
Hazırlıq tamamlandı: Rusiyanın iki il gözlədiyi müharibə başlayır
“Rusiya ordusunun Ukrayna sərhədinə yaxın ərazilərində təlimləri və döyüş hazırlığının yoxlanılması iki motivlə bağlı ola bilər: Ukrayna ordusunun mümkün hücumunun qarşısının alınmasına hazırlıq və şəxsi hücumun planlaşdırılması”.














