Azərbaycanlı iş adamı diri-diri basdırıldı - Telefonuyla...
6 İyun 2017 17:27 KriminalMoskvada azərbaycanlı iş adamı borcunu qaytarmadığı üçün diri-diri qəbiristanlıqda basdırılıb.
"Qafqazinfo" Rusiya KİV-nə istinadən xəbər verir ki, naməlum şəxslər Hikmət Salayevdən 30 milyon rublu geri qaytarmağını tələb ediblər. Lakin borcu vermədiyini gördükdə iş adamını diri-diri mobil telefonu ilə birgə qəbiristanlıqda basdırıblar.
H.Salayev qəbirdən qardaşı İsmayıl Salayevə zəng edərək yardım istəyib. Qardaşı 1,2 milyon rubl, həmçinin özünün BMW-535 markalı avtomobilini borclu olduqları şəxslərə verdikdən sonra cinayətkarlar Hikməti basdırdıqları yeri nişan veriblər. Xəstəxanaya yerləşdirilən Salayevin qabırğası sınıb.
Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31