Dünya

ABŞ Suriya ordusunu raket atəşinə tutdu

7 İyun 2017 09:38

ABŞ-ın başçılıq etdiyi koalisiya gücləri Suriyanın At-Tanfe bölgəsində hökumət güclərinə növbəti dəfə raket zərbələri endirib. Bu haqda koalisiya güclərinin bəyanatında deyilir. “Koalisiya Suriya rejimini dəstəkləyən əlavə gücləri Suriyanın cənubunda münaqişənin qarşısının alınması üçün yaradılan zona daxilində məhv edib. Əvvəlki xəbərdarlıqlara baxmayaraq, rejimi dəstəkləyən güclər bu zonaya giriblər. Söhbət tanklar, artilleriya, zirehli avtomobillər, hava hücumundan müdafiə vasitələri və 60-dan çox əsgərdən gedir. Onlar At-Tanfe qarnizonunda olan koalisiya güclərinə təhlükə təşkil edirdilər”, - bəyanatda qeyd edilib.

Eyvanda şəkilləri çəkilən aktrisa fotoqrafı məhkəməyə verir

6 İyun 2017 19:55

Bu yaxınlarda evinin eyvanında görüntülənən aktrisa Dəniz Çakır şəkillərini çəkən fotoqrafı məhkəməyə verir.  Eyvanda aktyor Ekrem Yüceltenlə söhbət edərkən şəkilləri çəkilən aktrisa fotolarının aşağı mərtəbədəki restoranın adıyla birlikdə yayılmasına əsəbləşib. Dəniz bununla evinin asanlıqla tapıla biləcəyindən narahatdır. Aktrisa səbəbkardan təzminat tələb edib. 

Kompüter arxasında daha çox vaxt keçirənlər üçün monitor təqdim edilib

6 İyun 2017 19:45

Tayvanın “BenQ” şirkəti kompüter arxasında daha çox vaxt keçirənlər üçün nəzərdə tutulmuş “GW2470ML” monitorunu təqdim edib. Yeni monitor işıqlandırmada göy rəngin azalması (Low Blue Light Plus funksiyası) ilə səciyyələnir ki, bu da fərdi kompüterdə uzunmüddətli iş zamanı gözlərə düşən gərginliyi azaldır. Qurğu, həmçinin sayrışmanı aradan qaldıran “Flicker-Free” texnologiyası və “Brightness Intelligence” intellektual parlaqlıq tənzimləmə rejiminə malikdir.

Bir milyon “Nubia Z17” smartfonu 51 saniyəyə satılıb

6 İyun 2017 19:40

Bu gün “Quick Charge 4.0+” sürətli enerjidoldurma texnologiyasını dəstəkləyən ilk “Nubia Z17” smartfonu satışa çıxarılıb. Smartfonun standart dəstinə “Quick Charge 3.0” enerjidoldurma qurğusu daxildir.

Dünyada ilk 5 nanometrlik tranzistor təqdim edilib

6 İyun 2017 19:35

ABŞ-ın “IBM” korporasiyası “GlobalFoundries” və Cənubi Koreyanın “Samsung” şirkəti ilə əməkdaşlıq çərçivəsində 5 nanometrlik (nm) mikrosxemlər üçün ilk tranzistor hazırlayıb.

Dünyanın ən bahalı brendləri açıqlanıb

6 İyun 2017 19:30

“Google”, “Apple”, “Microsoft”, “Amazon” və “Facebook” şirkətləri dünyanın ən bahalı brendləri beşliyinə daxil olub. Bu barədə Böyük Britaniyanın “WPP” və “Kantar Millward Brown” şirkətlərinin “The BrandZ Global Top 100” adlı birgə illik hesabatında deyilir.

İyulun 1-dən “Skype” proqramının dəstəklənməsi dayandırılacaq

6 İyun 2017 19:26

“Microsoft” korporasiyası iyulun 1-dən etibarən köhnə əlavələrə xidmətin göstərilməsini dayandıracaq. Bu siyahıya “Windows Phone 8” və ya “Windows Phone 8.1”, “Windows RT,  sistemləri ilə işləyən “Skype” əlavəsi, “Windows 10 Mobile” üçün proqram məlumatları daxildir.

ABŞ alimləri: Pul saymaq insanın əhvalını yaxşılaşdırır

6 İyun 2017 19:21

ABŞ-ın Minnesota ştatı Universitetinin alimləri hesab edirlər ki, pul saymaq insanın əhvalını yaxşılaşdırır. “Deyli meyl” qəzeti yazır ki, insanlar bir müddət pul saydıqdan sonra əhval-ruhiyyələri yaxşılaşır, hətta immun sistemi möhkəmlənir. Kağız və ya dəmir pul saymağın fərqi yoxdur

Alimlərdən tövsiyyə: Minntədarlıq hissi çox faydalıdır

6 İyun 2017 19:18

“MedikForum” portalının yazdığına görə, alimlər mümkün qədər tez-tez “təşəkkür edirəm” deməyi məsləhət görürlər. Verbal minnətdarlıq ifadəsi olan “təşəkkür edirəm” həm onu tələffüz edənə, həm də onun ünvanlandığı adama xoş təsir bağışlayır.

Fruktozadan gen-bol istifadə etmək qaraciyəri piyləndirir

6 İyun 2017 19:12

İspaniya alimləri hesab edirlər ki, siqaret çəkmək və fruktozadan gen-bol istifadə etmək qaraciyərin qeyri-alkoqol zəmində piylənməsinə səbəb olur. Bu xəstəlik hazırda dünyada çox yayılıb.

İsveç alimləri: Çörək artıq çəki yaratmır

6 İyun 2017 19:04

İsveç alimləri müəyyənləşdiriblər ki, heç də bütün çörək növləri qədd-qamətin düşməni deyildir. Onlardan bəziləri artıq çəkinin qarşısını alır və eyni zamanda, iştahanı da azaldır.

PKK hücumu: 1 türk hərbçi öldü, 6-sı yaralandı

6 İyun 2017 18:57

Türkiyədə Hakkari-Çukurca yolunda hərbi avtomobilə qumbaraatandan atəş açılıb. PKK-nın silahlı hücumu nəticəsində bir hərbçi ölüb, 6-sı xəsarət alıb.

Stadion tikintisində oğurluq - Sabiq nazir həbs edildi

6 İyun 2017 18:56

Braziliyanın keçmiş turizm naziri Enrike Eduardu Alves Natal şəhərində futbol stadionunun tikintisi zamanı oğurluq faktı ilə bağlı həbs olunub. Keçmiş nazir korrupsiya və çirkli pulların yuyulmasında ittiham olunur.

Ankaranın məqsədi: referendumdan sonrakı siyasətin geosiyasi aspektləri

6 İyun 2017 18:43

Türkiyədə konstitusiya dəyişiklikləri barədə referendumun nəticələri fonunda analitiklər geosiyasi dinamikanın dəyişməsi ilə bağlı təhlillər aparmaqda və proqnozlar verməkdədirlər. Bir sıra mütəxəssis hesab edir ki, Ankara bütövlükdə dünya siyasətində daha aktiv yer tutmağa doğru gedir.

"Qətərin təcrid olunması böyük müharibəyə gətirib çıxara bilər"

6 İyun 2017 18:36

"Qətərin diplomatik təcrid olunması yeni böyük müharibənin başlanğıcı ola bilər". Bu fikri Yaxın Şərq siyasəti üzrə Vaşinqton İnstitutunun Fars körfəzi ölkələri və enerji məsələləri ilə əlaqədar siyasət proqramının direktoru Saymon Henderson yazıb.