Dünya
İran Təhlükəsizlik Nazirliyi: Bəzi qruplar terror törətməyə hazırlaşarkən zərərsizləşdirilib
İranın Təhlükəsizlik Nazirliyi paytaxt Tehranda baş vermiş hadisələr barədə rəsmi açıqlama ilə çıxış edib. Nazirlik bildirib ki, bu gün səhər Tehranda bir neçə terror aktı törətməyə cəhd göstərilib. Nazirliyin Terrorizmlə mübarizə idarəsinin rəhbəri bəyan edib ki, terror dəstələrindən bir qrupu hər hansı əməli həyata keçirməyə fürsət tapmadan zərərsizləşdirilib.
Tehranda Xomeyni məqbərəsi yaxınlığında bomba zərərsizləşdirildi
Polis və təhlükəsizlik qüvvələri bu gün səhər Tehranda Ayətullah Xomeyninin məqbərəsi yaxınlığında bombanı zərərsizləşdirib. Məqbərənin yaxınlığındakı metro stansiyası təhlükəsizlik səbəbiylə bağlanıb.
İran parlamentinə hücum edən terrorçunun ilk FOTOsu
İŞİD – in Türkiyə üzrə rəhbəri həbs edildi
Türkiyənin Sakarya vilayətinin Baş prokurorluğunun icra etdiyi istintaq əməliyyatı zamanı nəzarətə alınan IŞİD - in Türkiyədəki nümayəndələrinin rəhbəri, kod adı Əbu Hənzələ olan Xalis Bayancuk saxlanılıb. “Olaylar” Türkiyə mətbuatına istinadən bildirir ki, Xalis Bayancuk Sakarya Təhlükəsizlik Müdirliyinə gətirilərək sorğuya alınıb. Sakaryada İŞİD terror qruplaşmasının fəaliyyəti istiqamətli əməliyyatda həbs olunan 8 nəfər verdikləri ifadələrdə təşkilata Xalis Bayancukun vasitəsilə daxil olduqlarını bildiriblər. Onların sözlərinə görə, Bayancuk'un təşkilata tərəfdaşlar qazandırmaq üçün fəaliyyətlərdə olduğu, Adapazarında toplntılar etmək üçün gizli məscid açdığı, gəzinti təşkil etdiyi və İstanbula tərəfdaşlar apardığı məlum olub.
Türkiyə polisi xüsusi əməliyyat keçirdi: 90 yaşlı əlil qadını döyərək soyan azərbaycanlı tutuldu
Türkiyədə 90 yaşlı qadını döyərək qarət edən azərbaycanlı saxlanılıb. Hadisə Muğlanın Marmaris bölgəsində baş verib. Əlil arabasında olan Sabahat Çələbi sahildə gəzməyə çıxıb. Bir qədər hərəkət etdikdən sonra yorularaq dincəlmək istəyib.
Tehranda seriya hücumlar: terrorçulardan biri zəhər içib özünü öldürdü
İran paytaxtında törədilən seriya terror hücumlarının bəzi təfərrüatları məlum olub. “Fars” agentliyi xəbər verir ki, İran parlamentinin deputatı Elyaz Həzrəti parlament binasına hücum edənlərin 3, yaxud 4 nəfər olduqlarını deyib. Onun sözlərinə görə, hücum edənlər “Kalaşnikov” avtomatları və tapançalarla silahlanmışdılar.
İranda metro partladıldı
Tehranda Xomeyninin məqbərəsinin yaxınlığındakı metro stansiyasında partlayış olub. Silahlı şəxslərin bir neçə nəfəri girov götürdüyü bildirilir.
Rus hərbi gəmisi boğazdan keçdi
Rusiyanın Qara Dəniz donanmasına aid olan 151 sayılı “Azov” hərbi gəmisi səhər saatlarında İstannbul Boğazından keçərək Qara Dənizə daxil olub. Gəmi Türkiyə Sahil Mühafizə Xidməti tərəfindən Qara Dənizin giriş hissəsinə qədər müşaiyət olunub. GəmininSuriyanın Lazikiyyə limanından Sevastpola keçdiyi ehtimal edilir.
Ege dənizində narkotik əməliyyat
Türkiyənin Muğla vilayətinin Marmaris qəsəbəsi yaxınlığında Türk hüquq -mühafizə orqanlarının apardığı uğurlu əməliyyat nəticəsində 1.200 kq narkotik aşkarlanaraq müsadirə edilib.
Daha bir ölkə Qətərlə diplomatik əlaqələri kəsdi
Mavritaniya Qətərlə diplomatik əlaqələri kəsdiyini bəyan edib. Bu barədə çərşənbə axşamı "Al Arabia" məlumat yayıb. Mavritaniya Dohanın təcridinə qoşulmuş 9-cu ölkə olub.
Qətərin qarşısına 10 ŞƏRT qoyuldu
Səudiyyə Ərəbistanı münasibətlərin normallaşdırılması üçün Qətərin qarşısına 10 şərt qoyub və bu şərtlərin icrasına iyunun 6-sı axşam saatlarından başlayaraq 24 saat vaxt verib.
Evində saxladığı 6 bacını zorlayan 51 yaşlı kişi ömürlük həbs edildi
6 bacını evində seks köləsi kimi istifadə edən kişi ömürlük həbs edilib. 51 yaşlı Lii Kaplan adlı kişi 12 qadın və gənc qızları evinə həbs edib. O, qadınların hamısını zorlayıb və ən böyük qurbanından onun uşağı da doğulub.
ABŞ-da erməni lobbisini ifşa edən kitab nəşr olundu
Amerikalı jurnalist Raul Loveri Kontreras (Raoul Lowery Contreras) ABŞ-dakı erməni lobbisini, onun anti-Azərbaycan və anti-Türkiyə fəaliyyətlərini ifşa edən kitab yazıb.
İranda silahlı hücum
İranın paytaxtı Tehran şəhərində yerləşən parlamentə daxil olan üç silahlı şəxs ard – arda atəş açıblar. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, silahlı şəxslər parlamendə bir neçə nəfəri girov götürüb. Ən azı iki mühafizəçinin yaralandığı bildirilir. Ətrafdakılar silah səslərinin hələ də davam etdiyini qeyd edir. Dəqiqələr sonra İranın cənubunda yerləşən Ayətullah Xomeyni türbəsində də silahlı hücum olub. Bir nəfər silahlı şəxs atəş açıb, yaralılar var.
Parisdə "bu, Suriya üçün"
Parisdə yerləşən Notr-Dam kilsəsi önündə Əlcəzair əsilli Fransa vətəndaşı polisə hücum edib. Terrorçu "bu, Suriya üçün" deyərək polisi çəkiclə döyüb. Terrorçu digər polis əməkdaşları tərəfindən hadisə yerində öldürülüb. İçərisində 900 nəfərin olduğu kilsə mühasirəyə alınıb. Polis daha bir terrorçunun ola biləcəyi riskini aradan qaldırmaq üçün kilsəyə daxil olub.














