Tehranda Xomeyni məqbərəsi yaxınlığında bomba zərərsizləşdirildi

Polis və təhlükəsizlik qüvvələri bu gün səhər Tehranda Ayətullah Xomeyninin məqbərəsi yaxınlığında bombanı zərərsizləşdirib. Məqbərənin yaxınlığındakı metro stansiyası təhlükəsizlik səbəbiylə bağlanıb.

Xatırladaq ki, Tehranda Xomeyninin məqbərəsinə hücum həyata keçirilib, 1 nəfər ölüb, 5 nəfər yaralanıb. İranın daxili işlər naziri Rəhmani Fəzli ölkə parlamenti və məqbərəyə hücumların səbəblərinin araşdırılması üçün bu gün Tehranda Təhlükəsizlik Şurasının növbədənkənar iclası keçiriləcək. Report.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31