Daha bir ölkə Qətərlə diplomatik əlaqələri kəsdi

Mavritaniya Qətərlə diplomatik əlaqələri kəsdiyini bəyan edib.  Bu barədə çərşənbə axşamı "Al Arabia" məlumat yayıb. Mavritaniya Dohanın təcridinə qoşulmuş 9-cu ölkə olub.

Mavritaniya Qətərlə diplomatik əlaqələri kəsdiyini bəyan edib.  Bu barədə çərşənbə axşamı "Al Arabia" məlumat yayıb. Mavritaniya Dohanın təcridinə qoşulmuş 9-cu ölkə olub. Bundan əvvəl BƏƏ, Misir, Bəhreyn, Səudiyyə Ərəbistanı, Yəmən, Liviya, Maldiv adaları və Mavriki Qətər ilə diplomatik əlaqələri kəsib. Həmçinin bəzi ölkələr Qətərlə iqtisadi əlaqələri də dayandırıb. O cümlədən İordaniya da Doha ilə diplomatik münasibətləri aşağı səviyyəyə endirdiyini bəyan edib. Onlar Qətəri terrorizmi dəstəkləməkdə ittiham edirlər. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31