Ege dənizində narkotik əməliyyat
Türkiyənin Muğla vilayətinin Marmaris qəsəbəsi yaxınlığında Türk hüquq -mühafizə orqanlarının apardığı uğurlu əməliyyat nəticəsində 1.200 kq narkotik aşkarlanaraq müsadirə edilib.
7 İyun 2017 12:12 DünyaTürkiyənin Muğla vilayətinin Marmaris qəsəbəsi yaxınlığında Türk hüquq -mühafizə orqanlarının apardığı uğurlu əməliyyat nəticəsində 1.200 kq narkotik aşkarlanaraq müsadirə edilib.
Ege dənizində Marmaris yaxınlığında bir gəmidə narkotik olduğu xəbərini alan polis "COMMANDER TIDE" gəmisinə Sahil Mühafizə qüvvələrinin və helikopterlərin dəstəyi ilə əməliyyat həyata keçirilib. Muğla Baş Polis İdarəsinin Narkotik Ticarəti ilə Mübarizə şöbəsinin təşkil etdiyi əməliyyat nəticəsində 1ton 200 kq heroin narkotik maddəsi tapılıb. Hadisə ilə əlaqədar cinayət işi başladılıb.
Xəbəri "Olaylar" - ın Türkiyə bürosu yayıb.