Dünya

25 iti diri-diri yedi: təkcə başlarını saxlayıb

5 İyun 2017 19:50

Türkiyənin Biləcik bölgəsində dəhşətli hadisə qeydə alınıb. Ərazi sakinləri dəhşət içərisindədir. Ərazidə heyvanlar tələf olur. Naməlum varlıq tərəfindən bu günə qədər yerli əhalinin çox sayda iribuynuzlu mal-qarası, itləri məhv edilib.

Robotlar insan bacarıqlarına yiyələniblər

5 İyun 2017 19:24

Bir anlıq bu gün əlinizə götürdüyünüz  əşyalar haqda düşünün. Ola bilsin ki bu, açar, stəkan, diş fırçası, çəngəl və ya qaşıq olub. Bəs bu əşyaları əlinizə düzgün götürmək üçün siz nə qədər əqli enerji sərf edirsiniz? Ehtimal ki, bu, sizin üçün çətin deyil, ancaq robotlar üçün ciddi problemdir. Amma indi Kaliforniya Universitetində işləyən tədqiqatçıların yeni elmi işi sayəsində robotlar insan bacarıqlarına yiyələniblər.

“Google” nitqin tanınması dəqiqliyini xeyli yüksəldib

5 İyun 2017 19:20

Aparıcı İT şirkətləri tərəfindən təqdim edilmiş virtual səs köməkçiləri bu gün mobil qurğu istifadəçiləri arasında populyardır. Bəs gündəlik həyatımızda virtual səs köməkçilərinə nə qədər ehtiyac var?

Müğənninin oğlunu soydular - oğruya 12 il həbs tələbi

5 İyun 2017 19:15

Müğənni Sibel Canın oğlu Engincan Ural soyulub. İfaçının xaricdə təhsil alan oğlu bu yaxınlarda vətəninə qayıdıb. Engincan qaldığı oteldə xoşagəlməz hadisə ilə üzləşib. Belə ki, müğənninin oğlu otel otağına qoyduğu qiymətli əşyalarını daha sonra yerində tapmayıb. Mühafizəyə müraciət edən Ural kamera görüntülərini izlədib.

Mustafadan keçmiş arvadına ittiham: "Gizlicə kompüterimə girib..."

5 İyun 2017 19:10

9 illik həyat yoldaşı Sinem Cecelidən boşanan, 5 gün sonra isə Selin İmerlə eşq yaşadığı üzə çıxan müğənni Mustafa Ceceli səssizliyini pozub.  İfaçı həyat yoldaşından ayrıldığı üçün onu qınayanlara sosial şəbəkə vasitəsilə cavab verib.

Burak və Fahriyenin toy yeri bəlli oldu

5 İyun 2017 19:05

Burak Özçivit və Fahriye Evcenin toy məkanı bəlli olub. Üç ildir sevgili olan cütlük Bosfor Boğazında yerləşən Sait Halim Paşa sahil villasında toy edəcək. Sevgilisi üçün səxavətli davranan Burak onun bu istəyini də yerinə yetirib. Toyda iştirka edən qonaqların adambaşına düşən xərc 600 lirə (təxminən 300 manat) olacaq.

Almaniya İncirlikdən çıxır?

5 İyun 2017 18:55

Almaniya Türkiyənin İncirlik aviabazasından çıxır.  "Reuters" xəbər agentliyi bu gün Türkiyədə səfərdə olan Almaniyanın xarici işlər naziri Ziqmar Qabrielin "İncirlikdən çıxırıq" açıqlamasını paylaşıb. Lakin məsələ ilə bağlı Almaniyadan hələ rəsmi açıqlama gəlməyib.

Türkiyədə 4 hərbçi yaralandı - Bu dəfə şimşək vurdu

5 İyun 2017 18:44

Türkiyənin şimalında Tokat vilayətində hərbi kazarmaya şimşək düşməsi nəticəsində 4 hərbçi yaralanıb. Hazırda yaralı əsgərlərin vəziyyəti kafi qiymətləndirilir.

ABŞ-ın Orlando şəhərində atışma baş verib, ölənlər var

5 İyun 2017 18:18

ABŞ-ın Florida ştatının Orlando şəhərində atışma baş verib. Bu barədə Florida ştatının Orinc Kaunti bölgəsinin şerif ofisinin “Twitter” səhifəsində qeyd olunub. Ofis çoxsaylı itkilərin olduğunu təsdiqləyib: “Şerif ofisinin əməkdaşları hadisə yerində işləyir.

Ekspert: Qətər böhranı Türkiyəyə yalnız dolayı yolla təsir göstərə bilər

5 İyun 2017 17:31

Qətər böhranı heç bir halda Türkiyəyə bilavasitə təsir göstərə bilməz. Bunu Türkiyənin “Strategic Outlook” analitika mərkəzinin rəhbəri Yusif Çınar deyib. Onun sözlərinə görə, Qətər ətrafında yaranmış böhran son dövrlərdə Doha və Tehran arasında yaxınlaşma ilə əlaqədardır. Ekspertin fikrincə, bu böhran həm müsbət, həm də mənfi yöndə dolayı yolla təsir göstərə bilər.

Dəniz Səki azadlığa çıxıb

5 İyun 2017 17:29

Türkiyənin məşhur müğənnisi Dəniz Səki azadlığa çıxıb. Müğənni ilk açıqlamasında dincəlmək istədiyini bildirib: "Xoşbəxtəm, dincəlmək istəyirəm".

Rusiyalıların ən çox sevdiyi ədib hələ də Puşkindir

5 İyun 2017 17:18

Rusiya vətəndaşları arasında keçirilmiş sorğu nəticəsində məlum olub ki, bu ölkədə hələ də ən çox sevilən klassik ədib Aleksandr Sergeyeviç Puşkindir. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi tədqiqatın nəticələrinə istinadən xəbər verir ki, ən sevilən klassiklərin siyahısında rəyi soruşulanların 40%-i Puşkinin adını qeyd edib. İkinci yeri 27%-lə Lev Tolstoy tutur.

Yadplanetlilər bizə siqnal yollayırlarmı? - Alimlər açıqladı

5 İyun 2017 16:10

Dünyanın ən məşhur kosmos mütəxəssislərindən ibarət qrup yadplanetlilərin Yer kürəsi ilə əlaqəsini təkzib edib. Alimlər yüksək keçirici kosmik simlərin ötürdüyü sürətli radio sıçrayışların bəzi mütəxəssislər tərəfindən yanlış müşahidə edilərək yadplanetlilərin Yer kürəsinə göndərdiyi siqnal kimi qiymətləndirildiyini bildiriblər. 

XİN: Türkiyə Qətərlə ərəb ölkələri arasındakı böhranın həllinə kömək etməyə hazırdır

5 İyun 2017 16:03

Türkiyə Qətər və onunla diplomatik münasibətləri kəsən ərəb ölkələri arasındakı böhranın həlli üçün kömək etməyə hazırdır. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu mətbuat konfransında deyib. Nazir qeyd edib ki, Səudiyyə Ərəbistanı, Misir, BƏƏ, Bəhreyn, Yəmən və Liviyanın bu qərarı Türkiyəni məyus edib.

"Möhtəşəm yüz il"ə qadağa qoyuldu

5 İyun 2017 15:46

Malayziyada "Möhtəşəm yüz il" serialının yayımı dayandırıldı. Yayımlandığı gündən izlənilmə rekordu qıran serial izləyicilərin şikayəti ilə senzuraya məruz qalıb. Buna səbəb isə serialda İslama uyğun olmayan səhnələrin yer alması və Osmanlı İmperatorluğunun ləkələnməsinin göstərilməsidir.