Ekspert: Qətər böhranı Türkiyəyə yalnız dolayı yolla təsir göstərə bilər

Qətər böhranı heç bir halda Türkiyəyə bilavasitə təsir göstərə bilməz. Bunu Türkiyənin “Strategic Outlook” analitika mərkəzinin rəhbəri Yusif Çınar deyib. Onun sözlərinə görə, Qətər ətrafında yaranmış böhran son dövrlərdə Doha və Tehran arasında yaxınlaşma ilə əlaqədardır. Ekspertin fikrincə, bu böhran həm müsbət, həm də mənfi yöndə dolayı yolla təsir göstərə bilər.

Qətər böhranı heç bir halda Türkiyəyə bilavasitə təsir göstərə bilməz. Bunu Türkiyənin "Strategic Outlook" analitika mərkəzinin rəhbəri Yusif Çınar deyib. Onun sözlərinə görə, Qətər ətrafında yaranmış böhran son dövrlərdə Doha və Tehran arasında yaxınlaşma ilə əlaqədardır. Ekspertin fikrincə, bu böhran həm müsbət, həm də mənfi yöndə dolayı yolla təsir göstərə bilər.

Xatırladaq ki, Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Daha sonra bu ölkələrin sırasına Yəmən, Liviya və Maldiv də qoşulub. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31