Robotlar insan bacarıqlarına yiyələniblər
Bir anlıq bu gün əlinizə götürdüyünüz əşyalar haqda düşünün. Ola bilsin ki bu, açar, stəkan, diş fırçası, çəngəl və ya qaşıq olub. Bəs bu əşyaları əlinizə düzgün götürmək üçün siz nə qədər əqli enerji sərf edirsiniz? Ehtimal ki, bu, sizin üçün çətin deyil, ancaq robotlar üçün ciddi problemdir. Amma indi Kaliforniya Universitetində işləyən tədqiqatçıların yeni elmi işi sayəsində robotlar insan bacarıqlarına yiyələniblər.
5 İyun 2017 19:24 DünyaBir anlıq bu gün əlinizə götürdüyünüz əşyalar haqda düşünün. Ola bilsin ki bu, açar, stəkan, diş fırçası, çəngəl və ya qaşıq olub. Bəs bu əşyaları əlinizə düzgün götürmək üçün siz nə qədər əqli enerji sərf edirsiniz? Ehtimal ki, bu, sizin üçün çətin deyil, ancaq robotlar üçün ciddi problemdir. Amma indi Kaliforniya Universitetində işləyən tədqiqatçıların yeni elmi işi sayəsində robotlar insan bacarıqlarına yiyələniblər. İnsanlar ələ götürülən əşyanın yerə düşməməsi üçün instinktiv üsul bilirlər, amma robotlar belə qabiliyyətə malik deyillər. Buna görə tədqiqatçılar robotun istənilən formalı obyektləri 99% dəqiqliklə "ələ" götürməsinə kömək məqsədilə dərin təlim konsepsiyasından istifadə ediblər. Dərin təlim - bu, avtomatlaşdırılmış təlim tipidir və kompüter daxil edilən böyük tutumlu məlumatlar sayəsində qərarlar qəbul edə bilir. "ICTnews" Elektron Xəbər Xidməti "naked-science.ru" saytına istinadən xəbər verir.