Rusiyalıların ən çox sevdiyi ədib hələ də Puşkindir

Rusiya vətəndaşları arasında keçirilmiş sorğu nəticəsində məlum olub ki, bu ölkədə hələ də ən çox sevilən klassik ədib Aleksandr Sergeyeviç Puşkindir. Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin keçirdiyi tədqiqatın nəticələrinə istinadən xəbər verir ki, ən sevilən klassiklərin siyahısında rəyi soruşulanların 40%-i Puşkinin adını qeyd edib. İkinci yeri 27%-lə Lev Tolstoy tutur.

Sorğu iştirakçıları həmçinin Mixail Lermontovun (20%) və Fyodor Dostoyevskinin (16%) adlarını çəkiblər. Sergey Yesenin və Anton Çexov sonrakı yerləri tutublar. Virtualaz.org

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31