Mustafadan keçmiş arvadına ittiham: "Gizlicə kompüterimə girib..."
9 illik həyat yoldaşı Sinem Cecelidən boşanan, 5 gün sonra isə Selin İmerlə eşq yaşadığı üzə çıxan müğənni Mustafa Ceceli səssizliyini pozub. İfaçı həyat yoldaşından ayrıldığı üçün onu qınayanlara sosial şəbəkə vasitəsilə cavab verib.
5 İyun 2017 19:10 Dünya9 illik həyat yoldaşı Sinem Cecelidən boşanan, 5 gün sonra isə Selin İmerlə eşq yaşadığı üzə çıxan müğənni Mustafa Ceceli səssizliyini pozub. İfaçı həyat yoldaşından ayrıldığı üçün onu qınayanlara sosial şəbəkə vasitəsilə cavab verib. "Çox şeylər var, amma oğluma görə susacağam" deyən Ceceli bunları yazıb: "Susdum, dedim, bəlkə həqiqət üzə çıxar. Ancaq mən susduqca hər şey düzülüb-qoşuldu. İllərdir davam edən fikir ayrılığı evliliyimizdə çatlar yaratdı. Daha sonra ardı-arası kəsilməyən davalar bizi belə addıma vadar etdi... Yanvardan başlayan boşanma prosesi bir həftədə baş verib qurtaran hadisə kimi qələmə verildi. Yeni başlayan münasibətim ayrılıq səbəbimiz kimi göstərildi. Bütün bunlarda məqsəd mənə qara yaxmaqdır. Gizlicə kompüterimə girib elektron poçtumdan aylar əvvəl çəkilmiş şəkillərim götürülüb mediaya verilib. Niyəsə razılaşdırılmış boşanma protokolundakı istəklər yerinə yetirilənədək gözlənildi".