Dünya
Almaniya konsulluğunun qəbul saatları dəyişdirildi
Almaniyanın Azərbaycandakı konsulluğunun qəbul saatları dəyişdirilib. 19.06. - 21.07.2017 tarixlərində konsulluğun qəbul saatları ancaq aşağıdakı günlərdə keçiriləcək: 20.06; 30.06; 04.07; 14.07 və 21.07.2017 saat 09:00-09:30, 22.06; 06.07; 10.07; 13.07; 17.07 və 20.07.2017 saat 14:00-14:30.
Binəli Yıldırım almaniyalı həmkarını qəbul etmədi
Türkiyənin baş nazir Binali Yıldırım öncədən açıqlanana proqramına əsasən Türkiyədə rəsmi səfərdə olan Almaniya xarici işlər naziri Sigmar Gabrieli günorta saatlarında Çankaya Köşkündə qəbul edəcəkdi. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, baş nazir Yıldırım, Almaniya xarici işlər naziri ilə görüşünü ləğv edib.
Rusiya İrəvana daha 12 MiQ-29 qırıcısı göndərməyə hazırlaşır
Rusiyanın Hava-Kosmik qüvvələri öz arsenalını yeni çoxməqsədli Su-30SM qırıcıları ilə yeniləyir. İyunun 3-də Qərb hərbi dairəsinin 105-ci aviadiviziyasının 14-cü qvardiya qırıcı polkunun sərəncamına ilk iki Su-30SM qırıcısı verilib. Bundan əvvəl isə Baltik donanmasının tərkibinə daxil olan dəniz aviasiyası polkuna iki belə qırıcı verilmişdi. İndiyə qədər Rusiya Hava-Kosmik Qüvvələi cəmi 68 Su-30SM qırıcısı alıb. Donanma aviasiyasına isə 17 belə döyüş maşını verilib.
Lavrov: Qətərlə bağlı yaranmış vəziyyətdə Rusiyanın əli yoxdur
Ərəb ölkələrinin Qətərlə diplomatik münasibətləri kəsməsi öz işləridir, Moskva bu məsələyə qarışmır. Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib. O deyib: “Dünyadakı bütün hadisələrin arxasında bizim dayandığımızdan şübhələnmələrinə baxmayaraq, sizi inandırıram ki, bu belə deyil”.
FETÖ – nun məktəbi bağlanıldı
Şərq Afrika ölkələrindən olan Ruandada, Fətullahçı terror təşkilatına bağlı fəaliyyət göstərən tək məktəb bağlanıldı. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Ruanda təhsil naziri Dr. Papias "Hope Academy" adıyla fəaliyyət göstərən feto qurulmasına aid məktəbin bağlanıldığını elan edib.
Deniz Seki azad olur
Narkotik ticarəti etməkdə günahlandırılan, təxminən 3 ildir ki, türkiyənin Bakırköy Qadın həbsxanada məhbus həyatı yaşayan Deniz Seki bu gün azadlığına qovu.acaq. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, Deniz Sekinin qardaşı Serkan Seki və nişanlısı Faruk Salman, 46 yaşındakı müğənninin xüsusi əşyalarını həbsxanadan götürüblər. Müğənninin fanatları və yaxınları həbsxana önündə müğənnini gözləyirlər. Deniz Sekinin vəkili Naim Karakaya mətbuata verdiyi məlumatda bildirib ki, həbsxanadan müğənninin azad olmasına dair gələcək sənədləri gözləyirlər.
Sorğu: Rusiyalılar ABŞ və Ukraynanı düşmən sayır
Rusiyalılar ABŞ-ı ən böyük təhlükə sayır. “Levada Mərkəzi”nin keçirdiyi sorğuya əsasən respondentlərin 69 faizi bu qənaətdədir. Sorğuda iştirak edən rusiyalıların 50 faizi Ukraynanı, 24 faizi isə Almaniyanı düşmən sayır. Bundan başqa, respondentlərin qənaətinə görə, Latviya, Litva, Polşa, Estoniya və Böyük Britaniya da Rusiyanın rəqibləri arasındandır. Sorğu iştirakçılarının 46 faizi Belarusu, 39 faizi Çini Rusiyanın əsas müttəfiqləri hesab edir. Respondentlərin 34 faizi Qazaxıstanı, 15 faizi isə Suriyanı dost ölkə sayır. Sorğuya əsasən Hindistan, Ermənistan, Kuba, Özbəkistan, Tacikistan və Azərbaycan da Rusiyanın müttəfiqləri arasında yer alıb.
Klintonla bağlı araşdırma aparılır - Korrupsiya qalmaqalı
ABŞ Senatının hüquq komitəsinin rəhbəri Çak Qrassli prezidentliyə keçmiş namizəd Hillari Klintonbarəsində araşdırmalara başlayıb. Bu barədə "Caller Daily" qəzeti məlumat yayıb. Söhbət sabiq dövlət katibinin Banqladeşdən olan iş adamı Məhəmməd Yunus barəsində korrupsiya ittihamı ilə açılan cinayət işinə dair araşdırmaların dayandırmaq cəhdlərindən edir.
ABŞ-a viza üçün Facebook səhifələrinizi təqdim edin! - Yeni qaydalar
ABŞ-a viza almaq üçün son 5 ildə sosial şəbəkələrdəki informasiyaların linklərini və son 15 ildəki tərcümeyi-halı təqdim etmək lazım gələcək. Prezident Donald Trampın administrasiyasının təsdiq etdiyi yeni qaydalar bunu nəzərdə tutur. Tənqidçilərin fikrincə, bu qaydalar viza istəklərinin işlənməsi zamanı gecikmələrə səbəb olacaq, nəticədə ABŞ-a əcnəbi tələbə və alimlərin cəlb edilməsinə mane olacaq. Çünki ABŞ-a viza almaq proseduru onsuz da mürəkkəb idi.
Qoca qitəni gözləyən siyasi və iqtisadi təhlükələr
Avropa son illər özünün böhran dövrünü yaşayır. Özü də bu böhran getdikcə daha ciddi fəsadlara yol açmaqdadır. İstər siyasi, istər iqtisadi, humanitar, istərsə də digər sferalarda özünü göstərən bu böhran o qədər ciddi hal alıb ki, artıq qoca qitənin təmsilçiləri arasında da problemlər ziddiyətlər meydana çıxmağa başlayıb.
Alişanın toy tarixi dəqiqləşdi
Model Çağla Şikel bir tədbirdə jurnalistlərin suallarını cavablandırıb. O, yaxın dostu müğənni Alişanın toy tarixini də açıqlayıb. Model nişanın iyunun 29-da, toyun isə noyabrda olacağını söyləyib: "Qardaşımı evləndirirmişəm kimi hiss edirəm".
Uniq Açıq hava Film Festivalı başladı
İlin ən çox müzakirə olunan filmlərindən olan “La La Land” filmi başlayan Uniq Açıq hava Film Festivalı İstanbulda öz işinə başladı. “Olaylar” “Miliyyet” - ə istinadən bildirir ki, filmsevərlərin böyük maraqla qarşıladığı festival, yaz boyu davam edəcək və həftənin üç günü tamaşaçılarla görüşəcək.
Nazim Hikmət Moskvada anıldı
Məşhur Türk şairi Nazim Hikmət , ölümünün 54-cü ildönümündə Moskvadakı məzarı başında anıldı. “Olaylar” “Sözcü” – yə istinadən bildirir ki, Moskvadakı Məşhurlar Qəbiristanlığı olaraq bilinən Novodeviçi qəbiristanlığında təşkil edilən xatırlanma mərasimində, Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriözlə birgə, bir neçə türkiyəli sənətçilər Zülfü Livaneli, Nəbil Özgentürk, Sunay Akın, A. Mümtaz Taylan və çox sayda Moskvada yaşayan Türkiyə və Rusiya vətəndaşları qatılıb.
Daha iki ölkə Qətər ilə əlaqələri kəsdi - YENİLƏNİB
Səudiyyə Ərəbistanı, Misir, Bəhreyn və Birləşmiş Ərəb Əmirliklərinin Qətər ilə diplomatik əlaqələrini kəsdikləri haqda məlumat vermişdik. Bu 4 ölkənin Qətərlə bütün diplomatik əlaqələrini kəsməsinin ardından Yəmən də Qətərdən üz döndərdiyini açıqlayıb. Qətərin Yəməndə husilərə qarşı yaradılan beynəlxalq koalisiyadakı rolunun sona çatdığı açıqlanıb.
Fəthullah Gülən Türkiyə vətəndaşlığından məhrum edilir
Əgər "Hizmət" hərəkatının lideri Fəthullah Gülən 3 ay ərzində ABŞ-ı tərk edib Türkiyəyə qayıtmasa, ölkə vətəndaşlığından çıxarılacaq. Vətəndaşlıqdan çıxarıla biləcək şəxslərin siyahısında xaricdə yaşayan müxalif Xalqların Demokratik Partiyasından (HDP) olan deputatlar Faysal Sarıyıldız vəTuğba Hezer də var. Onlar PKK terror təşkilatı ilə əlaqədə ittiham olunur.














