Binəli Yıldırım almaniyalı həmkarını qəbul etmədi
Türkiyənin baş nazir Binali Yıldırım öncədən açıqlanana proqramına əsasən Türkiyədə rəsmi səfərdə olan Almaniya xarici işlər naziri Sigmar Gabrieli günorta saatlarında Çankaya Köşkündə qəbul edəcəkdi. “Olaylar” “Huriyyet” - ə istinadən bildirir ki, baş nazir Yıldırım, Almaniya xarici işlər naziri ilə görüşünü ləğv edib.
5 İyun 2017 15:24 DünyaTürkiyənin baş nazir Binali Yıldırım öncədən açıqlanana proqramına əsasən Türkiyədə rəsmi səfərdə olan Almaniya xarici işlər naziri Sigmar Gabrieli günorta saatlarında Çankaya Köşkündə qəbul edəcəkdi. "Olaylar" "Huriyyet" - ə istinadən bildirir ki, baş nazir Yıldırım, Almaniya xarici işlər naziri ilə görüşünü ləğv edib.
Ancaq xarici işlər naziri Mevlut Çavuşoğlu ilə birgə mətbuat konfransı edən Gabriel, ölkəsinə mühacirət tələb edən FETO terror qruplaşmasının üzvlərinin Türkiyəyə qaytarılması mövzusunda bir həll tapa bilmədiklərini söyləyib. Gabriel, bu şərhlərinin ardından Çankaya Köşkündə getməyə hazırlanarkən, Binali Yıldırımın özünü qəbulunu sıx program səbəbiylə ləğv edildiyi məlum olub.
Türkiyə mətbuatının xəbərinə əsasən baş nazirin Prezident Ərdoğan başçılığı ilə 14.30- da toplanacaq olan Nazirlər Kabinetinə qədər açıqlanan rəsmi bir proqramı yoxdur.