Nazim Hikmət Moskvada anıldı
Məşhur Türk şairi Nazim Hikmət , ölümünün 54-cü ildönümündə Moskvadakı məzarı başında anıldı. “Olaylar” “Sözcü” – yə istinadən bildirir ki, Moskvadakı Məşhurlar Qəbiristanlığı olaraq bilinən Novodeviçi qəbiristanlığında təşkil edilən xatırlanma mərasimində, Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriözlə birgə, bir neçə türkiyəli sənətçilər Zülfü Livaneli, Nəbil Özgentürk, Sunay Akın, A. Mümtaz Taylan və çox sayda Moskvada yaşayan Türkiyə və Rusiya vətəndaşları qatılıb.
5 İyun 2017 12:50 DünyaMəşhur Türk şairi Nazim Hikmət , ölümünün 54-cü ildönümündə Moskvadakı məzarı başında anıldı.
"Olaylar" "Sözcü" - yə istinadən bildirir ki, Moskvadakı Məşhurlar Qəbiristanlığı olaraq bilinən Novodeviçi qəbiristanlığında təşkil edilən xatırlanma mərasimində, Türkiyənin Rusiyadakı səfiri Hüseyn Diriözlə birgə, bir neçə türkiyəli sənətçilər Zülfü Livaneli, Nəbil Özgentürk, Sunay Akın, A. Mümtaz Taylan və çox sayda Moskvada yaşayan Türkiyə və Rusiya vətəndaşları qatılıb.
Sənətçi Rutkay Əziz əvvəllər mərhum sənətçi Tarık Akan ilə Nazimin məzarına gəldiklərini və artıq Akanın aralarında olmadığını ifadə edərək, onun Zuhuratbaba Qəbiristanlığındakı qəbrindən aldığı torpağı Moskvaya Nazimin məzarına gətirdiyini, Nazimin məzarından da bir ovuc torpaq götürüb ona aparacağını söylədi. Mərasimdə həmçinin iştirakçılar məşhur şairin şeirinə bəstələnən "Karlı Kayın ormanında yürüyorum gecə" mahnısını birlikdə səsləndiriblər.