Dünya

Tillerson Qətər ətrafında yaranmış vəziyyətə münasibət bildirdi

5 İyun 2017 12:16

ABŞ Qətər ətrafında yaranmış vəziyyətlə bağlı Körfəz ölkələrini birliyə çağırıb. Bunu dövlət katibi Reks Tillerson deyib.   "Biz, əlbəttə, bütün tərəfləri danışıqlar masasına əyləşməyə və fikir ayrılıqlarını aradan qaldırmağa çağırırıq. Fikrimizcə, Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurası vahid qalmalıdır", - deyə R.Tillerson söyləyib.

"Londondakı hücumları biz törətdik" - İŞİD-dən etiraf

5 İyun 2017 11:49

"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Britaniyanın paytaxtı Londonda törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb.  Bu barədə İŞİD-in "Amaq" informasiya agentliyi məlumat yayıb. "Bir dəstə döyüşçümüz Londonda hücumu gerçəkləşdi", - "Amaq" bəyan edib.

Putin Trampın "gizli əlaqə kanalı" iddialarını təkzib etdi

5 İyun 2017 11:40

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın administrasıyası isə gizli əlaqə yaradıldığı barədə məlumatları təkzib edib.  Vladimir Putin bu haqda "NBC" kanalına rəsmi açıqlamasında deyib. Rusiya lideri ona belə əlaqələrin dəstəklənməsi haqqında heç bir təklif gəlmədiyini bildirb.

Qətər ərəb ölkələrinə cavab verdi

5 İyun 2017 11:37

Bəhreyn, Misir, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Qətərlə diplomatik münasibətləri kəsməsi sübutsuz atılan addımdır. Bu haqda ölkənin Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. Bəyanatda həmçinin qeyd edilir ki, ərəb ölkələrinin bu addımı BƏƏ-nin sakinlərinin həyatına təsir etməyəcək.

8 komandiri məhv edildi

5 İyun 2017 09:46

22 sərnişin diri-diri yandı

5 İyun 2017 09:44

Hindistanda ağır yol qəzası baş verib. Avtobusun yük maşını ilə toqquşmasından sonra yanğın başlayıb. Hadisə nəticəsində avtobusda olan 22 nəfər diri-diri yanaraq ölüb.

Növbəti təyyarə qəzası: ölənlər var

4 İyun 2017 11:55

Yaponiyada təyyarə qəzaya uğrayıb. "Cessna-172" təyyarəsinin qəzaya uğraması nəticəsində 4 nəfər həlak olub. O, Maçumoto şəhərindəndəki Toyama hava limanından səmaya qalxaraq təlim uçuşu həyata keçirirmiş. Xilasedicilər qəzaya uğramış təyyarəni iyunun 4-də səhərə yaxın qarlı dağın ətəklərində aşkar edə biliblər.

Qəribə evlilik təklifi: qarnını kəsdi və...

2 İyun 2017 20:00

İndiyə kimi müxtəlif cür maraqlı, romantik, orijinal evlənmə təkliflərinə rast gəlmişik. Amma belə evlənmə təklifi yəqin ki, heç vaxt olmamışdı. Hadisə Rusiyada bir klinikada baş verib. Oğlan həmin klinikada tibb bacısı işləyən sevgilisinə evlənmə təklif etmək üçün qeyri-adi və cəsarət tələb edən bir üsul seçib.

Süni intellektin insan ağlını nə vaxt üstələyəcəyi açıqlandı

2 İyun 2017 19:48

Böyük Britaniyanın Oksford Universitetinin insanlığın gələcəyi İnstitutunun tədqiqatçıları və ABŞ-ın Yel Universitetinin siyasi elmlər bölməsi süni intellektin insan ağlının imkanlarını nə vaxt üstələyəcəyi ilə bağlı qiymətləndirmə aparıblar.

Robotlar insanları nə vaxt əvəz edəcək?

2 İyun 2017 19:43

Yaxın zamanlarda robotlar sürücüləri, yazıçıları və cərrahları əvəz edə biləcək.  Bu barədə Böyük Britaniyanın Oksford Universitetinin Bəşəriyyətin Gələcəyi İnstitutu və ABŞ-ın Yel Universitetinin siyasi elmlər bölməsinin araşdırmaçıları bildiriblər.

Yeni mobil əlavə smartfonu portativ skanerə çevirir

2 İyun 2017 19:39

“Adobe” şirkəti smartfon və ya planşeti portativ skanerə çevirən yeni “Adobe Scan” mobil əlavəsini təqdim edib. Proqramı işə salaraq redaktə imkanına malik sənədin rəqəmli surətini yaratmaq üçün kameranı onun üzərinə yönəltmək lazımdır. “Adobe Scan” xüsusilə mühazirə və tapşırıqları tez-tez skan edən tələbələr, eləcə də sənədlərlə işləyən insanlar üçün faydalı olacaq. Əlavə vasitəsilə əllə yazılmış qeydləri, çap edilmiş sənədləri, vizit kartlarını, fotoşəkilləri, kitab və jurnal səhifələrini, elanları və s. PDF formatında saxlamaq mümkün olacaq.

Zərərli proqram təminatı dünyada 250 milyon kompüteri yoluxdurub

2 İyun 2017 19:35

“Check Point” şirkəti Çində marketinq agentliyinin “Fireball” virusunun yayılması ilə məşğul olmasını açıqlayıb. Virus brauzerlərə hücum edərək qurbanın kompüterində kodları işə salır və ya istənilən materialları yükləyir. Bundan başqa, zərərli proqram reklamdan gəlir əldə etmək üçün istifadəçinin internet trafikinin idarəetməsini həyata keçirir.

“Microsoft” şirkəti “Skype” proqramında genişmiqyaslı yeniləməyə başlayır

2 İyun 2017 19:30

“Microsoft” şirkəti “Skype” servisində genişmiqyaslı yeniləmə elan edib. Messenceri tamamilə yeniləmiş proqram nəhənginin nümayəndəsi bildirib ki, mesajların mübadiləsi üçün yeni nəsil “Skype” təqdim ediləcək. “Microsoft”  şirkəti “iMessage”, “WhatsApp”, “Messenger”, “Snapchat” və başqa populyar messencerlərlə rəqabət aparmaq üçün “Skype” proqram təminatının köhnə dizaynını tamamilə yeniləyib. Yeni interfeys 3 əsas bölmədən ibarətdir: "Axtarış", "Çat" və "Çəkiliş". Əksər yeni funksiyalar “Snapchat” və “Messenger”dən götürülüb.