"Londondakı hücumları biz törətdik" - İŞİD-dən etiraf
"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Britaniyanın paytaxtı Londonda törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb. Bu barədə İŞİD-in "Amaq" informasiya agentliyi məlumat yayıb. "Bir dəstə döyüşçümüz Londonda hücumu gerçəkləşdi", - "Amaq" bəyan edib.
5 İyun 2017 11:49 Dünya"İraq və Şam İslam Dövləti" (İŞİD) terror təşkilatı Britaniyanın paytaxtı Londonda törədilmiş terror aktına görə məsuliyyəti üzərinə götürüb. Bu barədə İŞİD-in "Amaq" informasiya agentliyi məlumat yayıb. "Bir dəstə döyüşçümüz Londonda hücumu gerçəkləşdi", - "Amaq" bəyan edib.
Ötən həftənin şənbə axşamı bir qrup terrorçu mikroavtobusda Londondakı Vetsminster körpüsünə çıxıb. Maşınla insanları basıb əzən terrrçular sonradan Boro-market bazarında avtomobildən düşüblər və əllərindəki ovçu bıçaqlarıyla hücuma keçiblər. Onları polislər güllələyərək qətlə yetirib. Polislərdən biri ağır yaralanıb. Olaydan sonra Londonda genişmiqyaslı axtarışlar başlanıb. Milli.az Al Jazeera-ya istinadən xəbər verir.