Putin Trampın "gizli əlaqə kanalı" iddialarını təkzib etdi

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın administrasıyası isə gizli əlaqə yaradıldığı barədə məlumatları təkzib edib.  Vladimir Putin bu haqda "NBC" kanalına rəsmi açıqlamasında deyib. Rusiya lideri ona belə əlaqələrin dəstəklənməsi haqqında heç bir təklif gəlmədiyini bildirb.

Rusiya Federasiyasının prezidenti Vladimir Putin ABŞ prezidenti Donald Trampın administrasıyası isə gizli əlaqə yaradıldığı barədə məlumatları təkzib edib.  Vladimir Putin bu haqda "NBC" kanalına rəsmi açıqlamasında deyib. Rusiya lideri ona belə əlaqələrin dəstəklənməsi haqqında heç bir təklif gəlmədiyini bildirb. Putin Rusiya və ABŞ arasındakı əlaqələrin yalnız rəsmi səviyyədə dəstəkləndiyini bildirib : "ABŞ prezidentinin kürəkəni Cared Kuşner Rusiyanın ABŞ-dakı səfiri Sergey Kislyakla "məxfi əlaqə kanalları"nın yaradılması haqqında mövzunu müzakirə edib. Rusiyanın ABŞ prezidentlərindən heç birinin administrasiyası ilə gizli əlaqələri olmayıb. Rusiya heç bir gizli əlaqə kanalı yaratmayıb, mövcud olanlarla isə heç bir əlaqəsi olmayıb".

Daha əvvəl isə Rusiyanın ABŞ-da səfiri Sergey Kislyak bildirib ki, onun 2016-cı ilin dekabrında ABŞ prezidenti Donald Trampın kürəkəni Cared Kuşnerlə görüşü gündəlik diplomatik əlaqələrin müzakirəsinə həsr olunub. Publika.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31