Süni intellektin insan ağlını nə vaxt üstələyəcəyi açıqlandı
Böyük Britaniyanın Oksford Universitetinin insanlığın gələcəyi İnstitutunun tədqiqatçıları və ABŞ-ın Yel Universitetinin siyasi elmlər bölməsi süni intellektin insan ağlının imkanlarını nə vaxt üstələyəcəyi ilə bağlı qiymətləndirmə aparıblar.
2 İyun 2017 19:48 DünyaBöyük Britaniyanın Oksford Universitetinin insanlığın gələcəyi İnstitutunun tədqiqatçıları və ABŞ-ın Yel Universitetinin siyasi elmlər bölməsi süni intellektin insan ağlının imkanlarını nə vaxt üstələyəcəyi ilə bağlı qiymətləndirmə aparıblar. Mətnlərin bir dildən digərinə tərcüməsi işində süni intellekt insanı 2024-cü ildə ötəcək. Yük avtomobilləri sürücüləri 2027-ci ildən süni intellektin gerisində qalacaq. 2053-cü ildən cərrahlara ehtiyac qalmayacaq. Belletristika (bədii ədəbiyyatın növü) 2049-cu ildə yoxa çıxacaq. Süni intellektin 50 il sonra insanı tam əvəz etməsi ehtimalını alimlər 50% həddində qiymətləndirirlər. Tədqiqat zamanı alimlər süni intellekt sahəsində çalışan 350-dən çox alim arasında qlobal sorğu aparıblar. İKT.lent.az