“Microsoft” şirkəti “Skype” proqramında genişmiqyaslı yeniləməyə başlayır

“Microsoft” şirkəti “Skype” servisində genişmiqyaslı yeniləmə elan edib. Messenceri tamamilə yeniləmiş proqram nəhənginin nümayəndəsi bildirib ki, mesajların mübadiləsi üçün yeni nəsil “Skype” təqdim ediləcək. “Microsoft”  şirkəti “iMessage”, “WhatsApp”, “Messenger”, “Snapchat” və başqa populyar messencerlərlə rəqabət aparmaq üçün “Skype” proqram təminatının köhnə dizaynını tamamilə yeniləyib. Yeni interfeys 3 əsas bölmədən ibarətdir: "Axtarış", "Çat" və "Çəkiliş". Əksər yeni funksiyalar “Snapchat” və “Messenger”dən götürülüb.  

"Microsoft" şirkəti "Skype" servisində genişmiqyaslı yeniləmə elan edib. Messenceri tamamilə yeniləmiş proqram nəhənginin nümayəndəsi bildirib ki, mesajların mübadiləsi üçün yeni nəsil "Skype" təqdim ediləcək. "Microsoft"  şirkəti "iMessage", "WhatsApp", "Messenger", "Snapchat" və başqa populyar messencerlərlə rəqabət aparmaq üçün "Skype" proqram təminatının köhnə dizaynını tamamilə yeniləyib. Yeni interfeys 3 əsas bölmədən ibarətdir: "Axtarış", "Çat" və "Çəkiliş". Əksər yeni funksiyalar "Snapchat" və "Messenger"dən götürülüb. İstifadəçi "axtarış" bölməsində öz yazışmaları üzrə mesajları axtara bilər. "Çat" adlı ikinci bölmə adından məlum olduğu kimi, yazışma, zənglər və sairi əhatə edir. "Çəkiliş" adlı üçüncü bölməyə daxil olduqda şəkil və ya video çəkilişi üçün kamera funksiyası işə düşür. Çəkilmiş məzmunun üzərinə stikerlər, imza və qeydlər əlavə etmək olar. Beləliklə, "Microsoft" şirkəti son trendlərdən geri qalmağı düşünmür. "ICTnews" Elektron Xəbər Xidməti "4pda.ru" saytına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31