Dünya

Məşhur türk serialı ekranlara qayıdır

2 İyun 2017 19:26

"Adı Efsane" serialından ayrılan aktyor Erdal Beşikçioğlu sevənlərinə şad xəbər verib. 23 yaşlı, autizmdən əziyyət çəkən Çağrı adlı heyranını ziyarət edən aktyor bir zamanların fenomen serialı "Behzat Ç"nin yenidən efirə qayıdacağını açıqlayıb.

Bəyazdan tamaşaçılarını üzən xəbər

2 İyun 2017 19:20

Şoumen Bəyazid Öztürk tamaşaçılarını üzən xəbər verib.  Restoranlardan birindən çıxarkən görüntülənən şoumen bundan sonra heç bir film və seriala çəkilməyəcəyini deyib.

Təqdim ediləcək yeni “Apple” qurğuları məlum olub

2 İyun 2017 19:15

İyunun 5-də proqram tərtibatçıları üçün ənənəvi illik “WWDC 2017” konfransı başlayacaq. Ənənəyə görə, “Apple” şirkətinin “iOS”, “macOS”, “watchOS” və “tvOS” daxil olmaqla bütün əməliyyat sistemlərinin yeni versiyalarını təqdim edəcəyi gözlənilir. Həmçinin, bu il konfransda yeni qurğuların nümayişi nəzərdə tutulur. Etibarlı mənbələrin məlumatına görə, ABŞ istehsalçısı “Siri” səsli köməkçi funksiyası üçün yenilənmə və “Amazon Echo” və “Google Home” kimi qurğulara bənzər “ağıllı” evin mərkəzi olacaq “ağıllı” kolonka hazırlayır. Digər “Apple” qurğuları haqqında informasiya isə şirkətin saytının rus versiyasında yerləşdirilib.

Burak Özçivitdən Fahriye Evcenlə bağlı sürpriz qərar

2 İyun 2017 19:10

Burak Ozçivit Fahriye Evcen üçün sürpriz bal ayı hazırlayır.  “Kardeşim benim” filminin ikinci hissəsini çəkməyə hazırlaşan aktyor toyundan sonra xarici ölkələrə səfər edə bilməyəcək. Bu səbəbdən də B.Özçivit gələcək həyat yoldaşı Fahriye ilə Egey sahillərinə üz tutacaq.

Aslı Enver onu başqa qızlarla aldadan Murad Bozdan nələr dedi?

2 İyun 2017 19:05

Tanınmış aktrisa Aslı Enver keçmiş sevgilisi müğənni Murad Bozla ayrılmasından danışıb. Gecə restorandan çıxarkən görüntülənən aktrisa müxbirlərin Murad Bozla bağlı suallarına "Biz ayrıldıq. Aramızda dava-dalaş yoxdur. Baş verən hadisədən öncə ayrılmışdıq. Əhvalım yaxşıdır", - deyə cavab verib. Yeri gəlmişkən, instaqramda bir-birini təqib etməyə davam edən Aslı Enverlə Murad Boz birlikdə çəkilmiş fotolarını hələ də silməyiblər.

Efiopiya interneti bloklayıb: "imtahan fırıldaqçılığına" qarşı

2 İyun 2017 18:55

Efiopiyada bütün ölkə üzrə internetə çıxış bloklanıb. Bu barədə hökümət sözçüsü Məhəmməd Seid bildirib. Onun sözlərinə görə, məqsəd dövlət imtahanı suallarının kənara sızmasının qarşısını almaqdır.

O, yenidən evlənməyə hazırlaşan Mustafanı dəstəklədi

2 İyun 2017 18:26

Bir neçə gün əvvəl 9 illik xanımı, oğlunun anası Sinemdən boşanan müğənni Mustafa Cecelinin yenidən evlənməsi xəbəri gündəmdən düşmür. Boşandıqdan sonra Selin İmerlə sevgili olduğu üzə çıxan Mustafa artıq onunla evlənəcəyini də deyib.

"Ordudakı ölümləri gizlətmək mümkün deyil" - Erməni hüquq müdafiəçisi

2 İyun 2017 18:14

"Ermənistanın Müdafiə Nazirliyi məlumatları məhdudlaşdırmaqla, faktları gizlətməklə orduda baş verən hadisələri ört-basdır etməyə müvəffəq ola bilmədi". Bunu Tert.am-a hüquq müdafiəçisi, Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin rəhbəri Artur Sakunts bildirib.

Litvada Rusiyanın 4 hərbçisi qatardan endirilərək geri yola salınıb

2 İyun 2017 17:46

Litva sərhədçiləri Rusiyanın 4 hərbçisini qatardan düşürüblər.  Bunu Litva Sərhəd Xidmətinin nümayəndəsi Gedryus Mişutis bildirib. Onlar Litvadan tranzitlə Kalininqraddan Moskvaya gedən qatarda olublar. Sərhədçilər rusiyalı hərbçilərin Litvanın dövlət sərhədini keçməsinə icazə verməyiblər.

Moskvada hərbi hissədə yanğın: 500 nəfər təxliyə edildi

2 İyun 2017 17:44

Moskvanın cənub-qərbində hərbi hissənin ərazisindək zirzəmidə baş verən yanğın nəticəsində 1 nəfər yaralanıb, 500 nəfər təxliyə edilib. Bu barədə Moskva şəhər fövqəladə xidməti bildirib. Silah otağı da yanğın baş verən zirzəmidə yerləşir.

İki "canlı bomba" partladı - 9 ölü

2 İyun 2017 17:32

Kamerunun şimalındakı Kolofata şəhərində eyni vaxtda törədilmiş iki partlayış nəticəsində 9 nəfər həlak olub, 30 nəfər isə yaralanıb. Polis partlayışların iki intiharçı-terrorçu tərəfindən törədilməsi barədə məlumat yayıb. Yaralıların bəzilərinin vəziyyəti ağır olaraq qiymətləndirilir. Partlayışı "Boko Haram" terror qruplaşmasının üzvlərinin törətdiyi ehtimal edilir.

Fransanın yeni prezidentinin Dağlıq Qarabağ MÖVQEYİ AÇIQLANDI

2 İyun 2017 17:15

"Hesab edirəm ki, Fransanın yeni prezidenti Emmanuel Makronun mövqeyi də Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə yönələcək". Bunu Fransanın Azərbaycandakı səfiri Orelia Buşez bildirib

Putin: “Gücümüzü geosiyasi oyunlara sərf etməməliyik”

2 İyun 2017 16:51

“Sistemli uzunmüddətli çağırışlarla bütün dünya üzləşir”. Bunu Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumun plenar iclasında çıxış edən Rusiya prezidenti Vladimir Putin bildirib.  "Qarşımızda sistemli uzunmüddətli çağırışlar durub. Bu çağırışların nəticələrini hələlik proqnozlaşdırmaq və hesablamaq çətindir. Biz gücümüzü, qüvvəmizi geosiyasi oyunlara sərf etməməliyik, buna haqqımız yoxdur”, - deyə Putin vurğulayıb. 

Əfqanıstandakı aksiyada ölənlərin sayı artdı

2 İyun 2017 16:34

Əfqanıstanın paytaxtı Kabildə hökumət əleyhinə keçirilən etiraz aksiyası zamanı polislə toqquşma yaşanıb. Toqquşma nəticəsində 7 nəfər həlak olub.

Boşanmaq istəyən arvadını MƏHKƏMƏ ZALINDA GÜLLƏLƏDİ: özünü vurmaq istəyəndə... - VİDEO

2 İyun 2017 16:16

Türkiyənin Denizli şəhərində boşanma iddiasının qaldırıldığı məhkəmə prosesi zamanı K. Ş. adlı şəxs həyat yoldaşı Şengül Sezginceni güllələyərək öldürüb.  K.Ş. açdığı atəş nəticəsində baldızı və bacanağını isə yaralayıb. O, sonra öz başından vuraraq intihar etmək istəsə də güllə bitib.