O, yenidən evlənməyə hazırlaşan Mustafanı dəstəklədi
Bir neçə gün əvvəl 9 illik xanımı, oğlunun anası Sinemdən boşanan müğənni Mustafa Cecelinin yenidən evlənməsi xəbəri gündəmdən düşmür. Boşandıqdan sonra Selin İmerlə sevgili olduğu üzə çıxan Mustafa artıq onunla evlənəcəyini də deyib.
2 İyun 2017 18:26 DünyaBir neçə gün əvvəl 9 illik xanımı, oğlunun anası Sinemdən boşanan müğənni Mustafa Cecelinin yenidən evlənməsi xəbəri gündəmdən düşmür. Boşandıqdan sonra Selin İmerlə sevgili olduğu üzə çıxan Mustafa artıq onunla evlənəcəyini də deyib.
İfaçı bu açıqlamasından sonra tənqidlərə məruz qalıb. Bir çox insanlar onun bu addımını birmənalı qarşılamayıblar. Lakin Cecelini dəstəkləyənlər də olub. Onlardan biri də müğənni Murad Kekillidir. O, Mustafanın da bu vəziyyətdən əziyyət çəkdiyini vurğulayıb: "Hər kəs səhv edə bilər. Sizcə, Mustafa kədərlənmir? Əlbəttə, kədərlənir. Onu qınamayın". Axşam.az