Dünya

Qızılcadan peyvənd olunan 15 uşaq öldü

2 İyun 2017 15:58

Cənubi Sudanda qızılcaya qarşı aparılmış peyvəndlər nəticəsində 15 uşaq həyatını itirib. Hadisə ilə əlaqədar Sudan Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb. İlkin ehtimalla görə, uşaqların ölümünə səbəb kimi dərmanların keyfiyyətsiz şəraitdə saxlanması və eyni şpritsin bir neçə uşaq üçün istifadə edilməsi qeyd olunub.

Ermənilərin "Köçəri" iddiasını ifşa edən faktlar

2 İyun 2017 15:33

İşğalçı Ermənistan Azərbaycana məxsus "Köçəri" rəqsini özününkiləşdirərək qeyri-maddi mədəni irs kimi YUNESKO-nun siyahısına salmağa iddialıdır. Ermənistanın mədəniyyət nazirinin müavini Arev Samuelyan YUNESKO-a təqdim edəcəkləri qeyri-mədəni irs siyahısında "köçəri" rəqsini də gündəliyə salmaq istədiklərini bildirib.

KİV: Moskvada bir neçə terror aktının qarşısı alınıb

2 İyun 2017 15:29

Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları mayın 25-də İŞİD-in dörd üzvünü saxlamaqla Moskvada törədiləcək bir sıra terror hücumlarının qarşısını almş olub. Bu barədə "Kommersant" öz mənbələrinə istinadən məlumat yayıb.

Rusiyanın baş naziri Türkiyə məhsullarına tətbiq edilən sanksiyanın ləğvi barədə sərəncam imzalayıb

2 İyun 2017 15:27

Rusiyanın baş naziri Dmitri Medvedev Türkiyədən tədarük edilən məhsulların idxalına məhdudiyyətlərin qaldırılması haqqında sərəncam imzalayıb. Bu barədə Rusiya hökumətinin saytı məlumat yayıb. 2016-cı il yanvarın 1-dən Türkiyədə istehsal olunan bir sıra kənd təsərrüfatı məhsulları və ərzaq mallarına tətbiq edilən qadağa aradan qaldırılıb. Sərəncama görə, dondurulmuş ət və ət məhsulları, toyuq, hind toyuğu, xiyar, alma, armud, üzüm, çiyələyin tədarükünə tətbiq edilən məhdudiyyət aradan qaldırılıb.

Avropada tüğyan edən xəstəlik

2 İyun 2017 14:26

Avropanın Almaniya, Fransa, İtaliya, Polşa, Belçika və Ruminya da daxil bir çoxölkələrində son günlər qızılca xəsətliyinin kütləvi şəkildə yayıldığımüşahidə olunur. 

Türkiyə polisi universitetdə əməliyyat keçirir

2 İyun 2017 14:23

Türkiyənin Tekirdağ vilayətində Namiq Kamal Universitetində polis Fətulla Gülən tərəfdarlarına qarşı əməliyyat keçirir. Əməliyyat nəticəsində onlarla müəllim və professor saxlanılıb. Hadisənin təfərrüatları barədə məlumat verilməyib.

Putin: “Beş dəfə sui-qəsddən qaçdım”

2 İyun 2017 14:08

Rusiya prezidenti Vladimir Putin beş dəfə sui-qəsddən qaçıb.  Bunu Rusiya prezidentinin özü rejissor Oliver Stouna müsahibəsində deyib.

İŞİD-ə qoşulmuş azərbaycanlı QADINLAR - ADLAR

2 İyun 2017 14:06

İŞİD terror təşkilatının tərkibinə qoşulmuş yüzlərlə qadın arasında azərbaycanlılara da rast gəlmək olar. Terrorçulara qoşulan azərbaycanlı qadınların əksəriyyəti Rusiya vətəndaşıdır və Dağıstan Respublikasından qanunsuz yollarla hərbi toqquşmaların baş verdiyi ərazilərə gediblər.

Məşhur rejissor avtomobil qəzasına düşdü

2 İyun 2017 13:45

 Dünyaca məşhur serb kinorejissoru Əmir Kusturitsa avomobil qəzası keçirib.  Qəza Belqradın 140 kilometrliyində Serbiya magistral yolunda baş verib. Naməlum səbəbdən sürücünün idarə etdiyi “Mercedes” yoldan çıxıb. Hadisə yerinə gələn Yol Polis Xidməti və Təcili Tibbi Yardım yerindəcə sürücüyə və rejissora yardım göstərdikdən sonra hər iki şəxs Valevo şəhərindəki xəstəxanaya qaldırılıb.

Ruhaninin andiçmə mərasimi avqustda keçiriləcək

2 İyun 2017 13:34

Mayın 19-da ikinci dəfə İran prezidenti seçilən Həsən Ruhaninin andiçmə mərasimi avqust ayında keçiriləcək. Bu barədə açıqlama verən İran parlamentinin rəyasət heyətinin üzvü Əhməd Əmirəbadi deyib. O bildirib ki, andiçmə mərasimi İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneinin H.Ruhanini prezident kimi təsdiq etməsindən 5 gün sonra keçiriləcək.

Əfqanıstan hökumətinin istefası tələb edilir

2 İyun 2017 12:33

Kabulda nümayişçilər hökumətin istefasını tələb edir. Əfqanıstan polisi paytaxtdakı terror aktından sonra hökumətin istefasını tələb edən aksiya iştirakçılarını havaya atəş açmaqla dağıtmağa çalışır.

"Yadplanetlilər burnumuzun ucundadır" - Şirkət sahibindən qəribə açıqlama

2 İyun 2017 12:31

NASA ilə iş birliyi həyata keçirən şirkət sahibi yadplanetlilərlə bağlı qeyri-adi fikirlər söyləyib.  "Bigelow Aerospace" şirkətinin sahibi Robert Bigelov yadplanetlilərin aramızda olduğunu deyib. Yadplanetlilərin varlığını qəbul etməyən NASA ilə əməkdaşlıq edən şirkət sahibinin belə bir fikir irəli sürməsi, əlbəttə ki, maraq doğurub.

Qadın çantası 380 min dollara satıldı

2 İyun 2017 12:29

"Christie's"in Honkonqda keçirdiyi hərracda timsah dərisindən orlan qadın çantası 380 min dollara satılıb. Çantanı alan honkonqlunun adı açıqlanmır.  "Hermes" brendinin 2014-cü ildə hazırladığı "Matte White Himalaya Niloticus Crocodile Diamond Birkin" qadın çantası ağ, albinos timsah dərisindən tikilib və 18 karatlıq ağ qızıldan furnituraya malikdir. Çanta brilyant qaşlarla bəzədilib.

"Türkiyə öz sərhədləri boyunca terror dövlətinin yaradılmasına imkan verməyəcək"

2 İyun 2017 11:39

Türkiyə öz sərhədləri boyunca YPG terror dövlətinin yaradılmasına imkan verməyəcək. Bu barədə ölkə prezidenti Rəcəb Tayyib Ərdoğan bələdiyyə başçıları ilə görüşdə deyib.

Üç ştat Trampın qərarından imtina etdi

2 İyun 2017 11:31

Kaliforniya, Vaşinqton və Nyu York ştatlarının qubernatorları, prezident Donald Trampın ABŞ-ın İqlimə dair Paris sazişindən çıxmasına dair qərar verməsinə baxmayaraq, həmin sazişin məqsədlərinə sadiq qaldıqlarını bəyan ediblər. Bu barədə "Hill" nəşri məlumat yayıb.