Dünya

Babayanın döyüş yoldaşları sorğu-sual edilir

2 İyun 2017 11:24

Ermənistanda "İqla" işi üzrə növbəti dindirilmə aparılıb. Ermənistanın Milli Təhlükəsizlik Xidməti Samvel Babayanın döyüş yoldaşı Sanasar Qaprielyanı sorğu-sual edib.  Müstəntiqlər Qaprielyana "İqla" işi üzrə kiminlə və nə barədə danışması haqda suallar veriblər. O, bildirib ki, nə sözü gedən silahla, nə də "İqla" tipli raketlə əlaqəsi var.

"ABŞ gələcəyi rədd etdi" - Tramp Paris anlaşmasını tərk etdi

2 İyun 2017 11:22

"Qlobal istiləşməyə dair 2015-cil il Paris iqlim sazişindən geri çəkilməklə ABŞ gələcəyi rədd edən azaylı ölkələrə qoşulur. Bununla yanaşı, əminəm ki, ölkəmizdə ştatlar, şirkətlər və müəssisələr iqlimin qorunması ilə bağlı təşəbbüsü öz üzərilərinə götürə bilərlər".

Türkiyədə polislə ATIŞMA - Terrorçu məhv edildi

2 İyun 2017 11:18

Türkiyənin Malatya vilayətində polislə atışma nəticəsində vilayətin mərkəzində terror aktı planlaşdıran terrorçu məhv edilib. Bu barədə vilayət polisi məlumat yayıb.

Filippində partlayış

2 İyun 2017 09:40

Filippinin paytaxtı Manilanın mehmanxana komplekslərindən birinin yaxınlığında atışma və partlayış baş verib. Bu barədə "CNN Philippines" telekanalı məlumat yayıb. Məlumata görə, atışma nəticəsində ən azı 25 nəfər yaralanıb. Hadisə yerinə "təcili yardım", həmçinin yanğınsöndürən və xilasetmə xidmətlərinin nümayəndələri cəlb olunub.

İŞİD  - in Fransa planları

2 İyun 2017 09:37

İŞİD terror qruplaşması Fransada terror aktları seriyasını təşkil etməyə söz verib. Bu haqda “Breaking News” nəşri bildirib. Nəşr bildirir ki, İŞİD minalanmış minik və yük maşınları, həmçinin bombaların köməyi ilə hücumları həyata keçirməyi planlaşdırır.

Təyyarə səmada alışdı

2 İyun 2017 09:34

"United Airlines" aviaşirkətinə məxsus Çikaqo-Mayami reysi ilə uçan sərnişin təyyarəsi səmada ikən yanmağa başlayıb. "Daily Mail" qəzeti insidentin bu gün baş verdiyini yazır. Məlumatda bildirilir ki, alov quşun mühərrikə girməsi səbəbindən yaranıb. Sərnişin mühərriklərdən biri yaxınlığında alov görüb və bu barədə heyət üzvlərini məlumatlandırıb. Nəticədə layner O'Hara beynəlxalq hava limanına geri qayıtmaq məcburiyyətində qalıb. Bütün sərnişinlər başqa reyslə ünvanına yola salınıb.

2022-ci ilə kibercinayətlərdən dəyən zərərin həcmi 8 trilyon dollara yaxınlaşacaq

1 İyun 2017 19:58

Britaniyanın “Juniper Research” analitik agentliyinin hesabatına görə  növbəti  beş ildə şirkət və təşkilatların məlumat itkisindən ümumi zərəri 8 trilyon dollara yaxınlaşacaq.

Raketlərin kosmosa buraxılması üçün təyyarə nümayiş etdirilib

1 İyun 2017 19:53

ABŞ-ın “Microsoft” korporasiyasının həmtəsisçisi Pol Allen raketlərin kosmosa buraxılması üçün nəzərdə tutulan dünyanın ən böyük təyyarəsini düzəldib. Onun yanacaq sərfini xeyli azaltmağa kömək edəcəyi bildirilir.  

Musiqi əsərləri yazan neyroşəbəkə yaradılıb

1 İyun 2017 19:48

“Yandex” axtarış sisteminin proqramçıları məşhur bəstəkarlar üslubunda musiqi əsərləri yazan unikal neyroşəbəkə icad ediblər. Yeni neyroşəbəkə musiqi əsərlərini analiz edərək tanış kompozisiyalara bənzəməyən kompozisiyalar yazır.

Sürücüsüz avtomobillər üçün yeni texnologiya yaradılıb

1 İyun 2017 19:43

ABŞ tədqiqatçıları sürücüsüz avtomobillərin daha təhlükəsiz hərəkətinin təmin edilməsinə imkan verən unikal sistem ərsəyə gətiriblər. Hazırda innovativ texnologiyalı ilk avtomobillərin ilkin sınaqları keçirilir.

“5G” dünya iqtisadiyyatına trilyonlarla dollar qazanc gətirəcək

1 İyun 2017 19:38

“5G” texnologiyası 2035-ci ilədək dünya iqtisadiyyatına 12,3 trilyon dollar xeyir gətirəcək. Bu barədə “5G Americas” ticarət qrupunun rəhbəri Kris Pirson Tokioda keçirilən “Global 5G Event” tədbiri çərçivəsində bildirib.

Tanınmış modelyerə həbs cəzası: 6 ay 20 gün

1 İyun 2017 19:15

Modelyer Barbaros Şansalın məhkəməsindən xəbər var. Modelyerə 6 ay 20 gün həbs cəzası verilib. Proses müəyyən müddətə təxirə salınıb.  Xatırladaq ki, modelyer sosial şəbəkədə Türkiyə əleyhinə görüntülərin yayımlanmasına görə ittiham edilib.

"Fahriye gələn il Kannda hər kəsin diqqətində olacaq"

1 İyun 2017 19:10

70-ci Kann Film Festivalında iştirak edən Fahriye Evcen orada yeni iş görüşündə olub. Aktrisa Fransada türk rejissor Fatih Akınla görüşüb. Filmləri ilə dünya şöhrəti qazanan F.Akın Evceni yeni filmində görmək istəyir.

Makrona etimad nə qədərdir?

1 İyun 2017 18:57

Fransalıların yarıdan çoxu yeni prezident Emmanuel Makrona etimad göstərir. Ölkə ərazisində aparılan rəy sorğusu nəticəsində məlum olub. Sorğuya əsasən, rəyi soruşulanların 57 faizi 3 həftə əvvəl seçilmiş prezidentə etimad göstərir, 38 faiz respondent isə ona etibar etmədiyini deyib.