"Yadplanetlilər burnumuzun ucundadır" - Şirkət sahibindən qəribə açıqlama
NASA ilə iş birliyi həyata keçirən şirkət sahibi yadplanetlilərlə bağlı qeyri-adi fikirlər söyləyib. "Bigelow Aerospace" şirkətinin sahibi Robert Bigelov yadplanetlilərin aramızda olduğunu deyib. Yadplanetlilərin varlığını qəbul etməyən NASA ilə əməkdaşlıq edən şirkət sahibinin belə bir fikir irəli sürməsi, əlbəttə ki, maraq doğurub.
2 İyun 2017 12:31 DünyaNASA ilə iş birliyi həyata keçirən şirkət sahibi yadplanetlilərlə bağlı qeyri-adi fikirlər söyləyib. "Bigelow Aerospace" şirkətinin sahibi Robert Bigelov yadplanetlilərin aramızda olduğunu deyib. Yadplanetlilərin varlığını qəbul etməyən NASA ilə əməkdaşlıq edən şirkət sahibinin belə bir fikir irəli sürməsi, əlbəttə ki, maraq doğurub.
"Yadplanetlilərin aramızda olmasına qəti şəkildə əminəm. İnsanların bu sözümdən sonra məni dəli hesab edib-etməyəcəkləri vecimə də deyil. Yadplanetliləri öyrənmək məqsədilə külli miqdarda pul xərclədim. Lakin onları tapmaq üçün çox uzaqlara getməyə ehtiyac yoxdur. Onlar burnumuzun ucundadır". Metbuat.az