Putin: “Beş dəfə sui-qəsddən qaçdım”

Rusiya prezidenti Vladimir Putin beş dəfə sui-qəsddən qaçıb.  Bunu Rusiya prezidentinin özü rejissor Oliver Stouna müsahibəsində deyib.

Rusiya prezidenti Vladimir Putin beş dəfə sui-qəsddən qaçıb.  Bunu Rusiya prezidentinin özü rejissor Oliver Stouna müsahibəsində deyib. "Üç prezident müddətində beş sui-qəsd. Bu, Kastroya (Kubanın keçmiş lideri Fidel Kastro -red.) edilən sui-qəsd cəhdləri ilə müqayisədə azdır. Düşünürəm, o, belə vəziyyətlə təxminən 50 dəfə qarşılaşmışdı", - Kreml başçısı CBS teleşirkətinin saytında yayımlanan müsahibədə bildirib. Daha əvvəl verlən xəbərə görə, Amerika rejissoru Vladimir Putin haqqında film çəkir. Film 4 seriyadan ibarətdir və premyera nümayişi iyunun 12-də olacaq. Publika.az Rusiya mediasına istinadən xəbər verir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31