Qızılcadan peyvənd olunan 15 uşaq öldü

Cənubi Sudanda qızılcaya qarşı aparılmış peyvəndlər nəticəsində 15 uşaq həyatını itirib. Hadisə ilə əlaqədar Sudan Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb. İlkin ehtimalla görə, uşaqların ölümünə səbəb kimi dərmanların keyfiyyətsiz şəraitdə saxlanması və eyni şpritsin bir neçə uşaq üçün istifadə edilməsi qeyd olunub.

Cənubi Sudanda qızılcaya qarşı aparılmış peyvəndlər nəticəsində 15 uşaq həyatını itirib. Hadisə ilə əlaqədar Sudan Səhiyyə Nazirliyində xüsusi komissiya yaradılıb. İlkin ehtimalla görə, uşaqların ölümünə səbəb kimi dərmanların keyfiyyətsiz şəraitdə saxlanması və eyni şpritsin bir neçə uşaq üçün istifadə edilməsi qeyd olunub. Komissiyanın təsdiqlədiyi məlumatda qeyd olunur ki, peyvənd 12 yaşa qədər olan uşaqlara edilib. Məlumatda bildirilib ki, Cənubi Sudanda 2 milyona yaxın uşağın peyvənd olunması nəzərdə tutulur. Hadisə baş verən bölgədə 300 uşaq artıq peyvənd olunub. Hazırda yaradılmış xüsusi komissiya araşdırmaları davam etdirir. Trend.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31