Dünya
ABŞ Ukraynanı Rusiyaya qarşı silahlandırır - Şamanov
Ukraynada müdafiə sifarişlərinin həcmi və 2018-ci ildə silahlanmadakı artım üçün pullar ABŞ tərəfindən ayrılıb. Bu barədə Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Vladimir Şamanov danışıb. Şamanov Ukraynanın müdafiə sifarişlərinin və silahlanmanın artımını sabitliyə mane olan faktor kimi qiymətləndirib. Onun sözlərinə görə, Ukrayna hakimiyyətinin bu istiqamətdəki addımları Rusiya üçün təhlükə yaradır.
Tramp Netanyahunun Qüdslə bağlı bəyanatını təkzib etdi
ABŞ səfirliyinin Qüdsə (Yerusəlim) köçürülməsi bu il baş tutmayacaq. Bu barədə Reuters agentliyinə müsahibəsində ABŞ prezidenti Donald Tramp bildirib. İsrailin baş naziri Benyamin Netanyahunun bəyanatını şərh edən Tramp deyib: “Biz müxtəlif ssenarilərdən danışırıq. Vaşinqtonda bu variant nəzərdən keçirilmir. Bu, bir ildən çox vaxt tələb edir”.
Qazaxıstandakı faciənin təfərrüatları məlum olub
“Qazaxıstanın Aktobe vilayətində yanmış avtobusun yan qapısı kilidlənib və bu da evakuasiyaya mane olub”. Bunu vilayətin daxili işlər departamentinin mətbuat xidmətinin nümayəndəsi Vitali Sinev deyib. O, qeyd edib ki, ilkin ehtimala görə yanğına elektrik xətlərindəki qısaqapanma səbəb olub: “Avtobus dayanıb. Bütün sürücülər avtobusdan çıxıb. Sərnişinlər çıxışa doğru qaçmağa başlayan zaman yan qapı kilidlənib”.
Ukrayna parlamenti Rusiyanı işğalçı dövlət kimi tanıyıb
Ukrayna Ali Radası “Donetsk və Luqansk vilayətlərinin müvəqqəti işğal olunmuş əraziləri üzərində Ukraynanın suverenliyinin təmin olunması üzrə dövlət siyasətinin xüsusiyyətləri haqqında” 7163 saylı qanun layihəsini qəbul edib. Qanunun lehinə 280 deputat səs verib. Qanunda Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarının Rusiya tərəfindən işğal olunduğu bildirilir, Rusiya Federasiyası işğalçı dövlət kimi rəsmən tanınır. Ukraynaya vurulan maddi və mənəvi zərərə görə məsuliyyət Rusiyanın üzərinə qoyulur. İşğal altındakı ərazilərdə doğum və ya ölüm haqqında sənədlər istisna olmaqla, işğalçı administrasiyalar tərəfindən verilən bütün sənədlər etibarsız sayılır.
Putin: "Bəzi MDB ölkələri Avrasiya İttifaqında müşahidəçi ola bilər"
"Bir sıra MDB ölkələri Avrasiya İqtisadi İttifaqında müşahidəçi ola bilərlər". Məlumata görə, bunu Rusiya prezidenti Vladimir PutinAvrasiya İqtisadi İttifaqında sədrliyin Rusiya Federasiyasına keçməsi ilə əlaqədar quruma üzv ölkələrin dövlət başçılarına müraciətində deyib.
Ermənilər bu dəfə Meksikada problem yaratdılar
Meksikanın Kankun istirahət mərkəzinin aeroportunda 4 erməni vətəndaşı 500 rusiyalını “girov” götürüb. İki gündür hava limanının fəaliyyətində hadisə ilə əlaqədar problemlər yaşanılıb. Belə ki, Meksikada bir çox cinayət əməlinə qarışmış 4 nəfər erməni bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən deportasiya edilmək üzrə həbs ediliblər. Meksika erməni vətəndaşlarını İrəvana bu ölkədən uçuş olmadığına görə yanvarın 16- da Rossiya havayollarına məxsus təyyarə ilə Rusiyaya göndərməyə qərar verib.
Moskvaya kritik səfər - Müharibə planı MÜZAKİRƏ EDİLƏCƏK
Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) başçısı Hakan Fidan və Türkiyə Silahlı qüvvələrinin Baş qərargahının rəhbəri Hulisi Akar Rusiyaya səfər edib. Yüksək vəzifəli rəsmilər Moskvada Rusiya Silahlı qüvvələrinin Baş qərargahının başçısı Valeri Gerasimovla görüşəcək.
Rusiyanın Ukraynaya müdaxiləsi peykdən çəkildi - UNİKAL KADRLAR
Rusiya ordusunun Ukraynaya müdaxiləsini sübut edən unikal kadrlar yayılıb. Şəkillər “GlasnostGone” adlı bloger tərəfindən dərc edilib. Kadrlara görə, Rusiyanın birinci “humanitar karvanı” Ukraynaya 2014-cü il avqustun 22-də girib. “Peykdən çəkilən bu şəkillər “humanitar yardım” haqqında Rusiyanın yalanına yekun vurur”, - o yazıb.
“Türkiyə sərhədlərini və təhlükəsizliyini təhdid edən addıma səssiz qala bilməz”
"ABŞ Dövlət katibi Reks Tillersonun açıqlamalarını ümumi olaraq vacib bir bəyanat kimi dəyərləndirmək mümkündür". Bunu Türkiyənin Ədliyyə naziri Əbdülhəmid Gül deyib. Nazir bildirib ki, Türkiyə sərhədlərini və təhlükəsizliyini təhdid edə biləcək heç bir addıma səssiz qala bilməz.
Ermənistanda hərbçilərin olduğu maşın qəza törətdi - Ölənlər var
Ermənistanda hərbi yük avtomobilinin iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Sisyan-Şaki avtomobil yolunda bu gün səhər saat 09:20 ərəfəsində “Ural” markalı avtomobil “VAZ 2107” markalı avtomobillə toqquşub. Nəticədə, “VAZ 2107”də olan Arşak Ovannisyan və Martik Ovannisyan ölüb, Elmir Sarkisyan isə yaralanıb.
Türk ordusuna əmr verildi: Ən yüksək səviyyə...
Türkiyə Silahlı Qüvvələrindən ordu qərargahlarına mümkün Afrin əməliyyatı üçün sərhəddə yerləşən qüvvələrin ən yüksək hazırlıq səviyyəsinə gətirilməsi ilə bağlı əmr verilib.
Senator: ABŞ üçün əsas təhdid Rusiya deyil
ABŞ-dakı seçki üçün əsas təhdid Rusiya yox, Çindir. Bunu “Foks Nyus” televiziyasına müsahibəsində amerikalı senator Mark Rubio söyləyib. “ABŞ-ın seçki sisteminə əsas təhdid Rusiya yox, Çindir.
Peskovun azərbaycanlı jurnalistə cavabı: Putin bunu sevmir
Kremlin mətbuat katibi Dmitri Peskov “Rossiya-1” kanalında “Nailə Əsgərzadə ilə rəsmilər” verilişinin qonağı olub. Peskov Əsgərzadənin “Putin ən çox nəyi sevmir” sualına “yalan və səriştəsizlik” cavabını verib.
Səudiyyəli din alimi Afrikada öldürüldü
Səudiyyə Ərəbistanından olan alim Əbdüləziz bin Saleh ət-Tuveyciri Qvineyada qətlə yetirilib. Bu barədə informasiyanı “Əl Arabiya” televiziyası yayıb. Tuveycirinin Qvineyaya “Ət Tövhid” kitabını şərh etmək və məscid tikintisi üçün getdiyi bildirilib. O, Kantipalanduq şəhərində naməlum şəxslər tərəfindən açılan atəş nəticəsində qətlə yetirilib.
Moskvada qar onlarla reys təxirə saldı
Moskvada kəskin hava şəraiti ilə əlaqədar hava limanlarında 10-dan çox reys təxirə salınıb. Domodedovo hava limanında 13 reys təxirə salınıb, daha 4 reysin isə ləngidiyi barədə məlumat verilib. Bundan başqa, Şeremetyevo hava limanında isə 7 reysin ləngidiyi bildirilib. Moskvanın digər hava limanlarında - Vnukovo və Jukovski aeroportlarında ləngimələrin olmadığı bildirilir.














