Dünya
Ermənistanda hökumət laxlayır - Nazir istefa verdi
Ermənistanın energetik infrastrukturu və təbii resurslar naziri Aşot Manukyan istefa verib. Məlumata görə, istefa barədə erməni mətbuatında xəbər verilib.
Elə öskürdü ki, qabırğası sındı
ABŞ-ın Massaçusets ştatının sakininin güclü öskürək nəticəsində qabırğası sınıb. Məlumata görə, xəstəxanadan bildirilib ki, bir müddət tibb müəssisəsinə öskürək və sağ tərəfində ağrılar şikayəti ilə 66 yaşlı qadın müraciət edib.
Suriya hökuməti: Türkiyə hərbi təyyarələri ölkə ərazisinə daxil olsa, vurulacaq
Suriya hökuməti Türkiyənin ölkənin şimalındakı Afrin bölgəsində hərbi əməliyyata hazırlaşmasına münasibət bildirib. Suriyaxarici işlər nazirinin müavini Feysal Mikdad dövlət televiziyasına müsahibəsində Türkiyənin Afrinə yönəlmiş hər hansı hərbi əməliyyatının ölkəyə hücum kimi qiymətləndiriləcəyini bildirib. "Əgər Türkiyə hərbi təyyarələri hücuma keçərsə, Suriya hava hücumundan müdafi sistemi türk təyyarələrini yox etməyə hazırdır", - deyə o söyləyib.
Bu il Ermənistan üçün yeni iqtisadi problemlər qaçılmaz olacaq
"Oliqarxiyanın mövcudluğu və Ermənistanın enerji resursları baxımından Rusiyadan asılılığı ümumilikdə Ermənistana xarici sərmayələrin cəlb edilməsini çətinləşdirir." ABŞ-ın "Jamestown Foundation" analitik mərkəzinin yaydığı açıqlamada belə deyilir.
Türkiyə XİN başçısı: “ABŞ terrorçularla əməkdaşlıqdan əl çəkməlidir”
“ABŞ verdiyi sözə əməl etmədi”. Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “CNNTürk”ə müsahibəsində deyib. “ABŞ-ın açıqlamaları bizi tam qane etmədi. Sabah İŞİD adını dəyişdirib terroru davam etdirə bilər. İraq ABŞ-ın atdığı yanlış addımlar nəticəsində bu günə düşüb. ABŞ İraqdan çəkilməklə daha böyük yanlışlıq edib. İŞİD İraqda fəaliyyətə başlayıb, Suriyaya keçib və təkrar İraqa qayıdıb. ABŞ-a inamsızlığmız davam edir. ABŞ Rakkadan sonra bizə verdiyi sözə əməl etmədi. Münbiçdə də söz vermişdi. ABŞ-ın keçmiş prezidenti Barak Obama telefonla danışığında bu bölgədən dəstəklədikləri silahlıların “təcili” olaraq çəkiləcəyini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana boyun olmuşdu. Ancaq YPG Münbiçdən çəkilmədi. Biz ABŞ-dan konkret addım atmasını gözləyirik”, - o vurğulayıb.
Saakaşvilinin partiyası yenə səs itirir – Sorğu
Gürcüstanda sabah seçki keçiriləcəyi təqdirdə hakim Gürcü Arzusu koalisiyasına əhalinin 27%-i səs verməyə hazırdır. Bu nəticə ABŞ Milli Demokratiya İnstitutunun keçirdiyi sorğudan sonra ortaya çıxıb.
Suriyadan şok açıqlama: Türkiyəni dərhal vuracağıq
Türkiyədən Afrin istiqamətində hər hansı hərbi əməliyyat təşəbbüsü Suriyaya hücum olaraq qiymətləndiriləcək. Bu barədə Suriya xarici işlər nazirinin müavini Faysal Miqdad danışıb.
Sarkisyan qarabağlını prezident edir
Ermənistanın yeni prezidentinin adı hakim Respublika Partiyasının İcraedici Orqanının iclasından sonra müəyyən olunacaq. Bu barədə informasiyanı “Qraparak” qəzeti yayıb.
ABŞ Suriyada terrorçulardan ibarət ordu yaratmaqla bağlı qərarını dəyişdirməlidir"
Son üç gün ərzində ABŞ rəsmiləri ard-arda bir-birini təkzib edən fərqli açıqlamalar veriblər. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım deyib. ABŞ-ın Suriyada terrorçulardan ibarət ordu yaratmaqla bağlı qərarı haqqında Vaşinqton rəsmilərinin son açıqlamalarına münasibət bildirən baş nazir bu addımı yenidən tənqid edib: "ABŞ-ın atdığı addımlar müttfqiləyə yaraşmır. ABŞ qərarını dəyişdirməlidir. Son 3 gündə Birləşmiş Ştatlar rəsmiləri tərəfindən ard-arda fərqli bəyantlar verilib. ABŞ bu qeyri-müəyyənliyi aradan qaldırmalıdır".
Erməni politoloqlar cəbhədə vəziyyətin kəskinləşəcəyi ilə qorxularını büruzə verdilər
Bu gün Polşanın Krakov şəhərində Azərbaycan və Ermənistan xarici işlər nazilərinin növbəti görüşü keçiriləcək. Görüş ATƏT Minsk qrupunun həmsədrlərinin təşəbbüsü ilə baş tutur. Azərbaycan XİN mətbuat xidmətinin məlumatına görə, görüşdə Elmar Məmmədyarov və Eduard Nalbandyandan başqa ATƏT Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Biskonti (Fransa) və İqor Popov (Rusiya) iştirak edəcəklər. Bundan əlavə, ATƏT sədrinin şəxsi nümayəndəsi Ancey Kasprşik də Krakova gələcək.
Külək İstanbulda dalğaları 4 metrədək qaldırdı, İzmiri "qarışdırdı"
Artıq dünəndən İstanbulda müşahidə edilən qeyri-sabit hava şəraiti bu gün davam edir. Türkiyənin Dəniz Nəqliyyatı İdarəsinin qərarı ilə ötən gün olduğu kimi bu gün də qeyri-sabit hava şəraiti ilə əlaqədar İstanbulda dəniz reysləri təxirə salınıb. Bu gün İstanbulda yağışla müşayiət olunan güclü külək nəticəsində İstanbul sahillərində dalğaların hündürlüyünün 4 metrdən yüksək olduğu bildirilib.
Qoyunlar hərbi bazanın fəaliyyətinə mane oldu
Qoyunlar Rumıniyanın cənubunda yerləşən ABŞ- a məxsus Deveselu Hava Hücumundan Müdafiə bazasının əməkdaşlarına çətin anlar yaşadıblar. Belə ki, bazanın yaxınlığında məskunlaşan kəndlilərin qoyunları bazanın ətrafındakı tikanlı məftillərə ilişməkləri nəticəsində təhlükəsizlik siqnalı işə düşür.
Selfidəki detal sayəsində qətlin üstü açıldı
Kanadada törədilən qətlin üstü Facebook-a yüklənən selfi fotosu sayəsində açılıb. İki illik axtarışlardan sonra Cheyenne Rose Antoine 18 yaşlı rəfiqəsi Brittney Gargol-u öldürdüyünü etiraf edib. Cinayətkarın tapılmasına Feysbuk-a yüklənən şəkil kömək olub. Belə ki, Antoine rəfiqəsi ilə selfi çəkərkən belində olan kəmərlə sonradan cinayət törədib. Selfi cnayətdən əvvəl çəkilib. O, daha sonra rəfiqəsini kəmərlə boğaraq öldürüb, yol kənarına atıb.
Ebru Gündeşin 3 ilədək həbsi istənilir - Rzanın hədiyyəsi Ebruya baha başa gəldi
ABŞ-da həbsdə olan cənubi azərbaycanlı iş adamı Rza Sərrafın ad günündə hədiyyə etdiyi malikanə müğənni Ebru Gündeşin başına bəla olub. Sənətçi dənizkənarı tarixi malikanədə təmir işləri gördürməsi Mədəniyyət və Təbii Abidələrin Qorunması qanununu pozduğu üçün məhkəməlik olub. Ebrunun 3 ilədək həbsi tələb edilib.
Mənim deportasiyam hazırlanır - Saakaşvili
Kiyev Apellyasiya Məhkəməsi məni Ukraynada qalmaq üçün sonuncu leqal imkanlarımdan məhrum edə bilər. Bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili söyləyib.














